• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

® İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat

8-05-2026, 12:38

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mastercard” şirkətinin rəhbər heyəti ilə görüş zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin reallaşdırılmasına xidmət edir. R.Həsənov, həmçinin qeyd edib ki, “Mastercard”la kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcək: “Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaq. Ortaq layihələrimizə “Mastercard” şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq”.

“Mastercard” ilə əməkdaşlıq çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmləri həyata keçiriləcək. Bu çərçivədə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxışının təmin olunması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması təmin olunacaq. Eyni zamanda, startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün geniş imkanlar yaradılacaq.

Bununla yanaşı, memorandum çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının reallaşdırılması nəzərdə tutulur. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi, aktual mövzuların müzakirəsi və xarici dövlətlərlə müvafiq sahə üzrə əməkdaşlıq məqsədini daşıyacaq.

Kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının yetişdirilməsi də əməkdaşlığın mühüm istiqamətini əhatə edəcək. Belə ki, insan kapitalının inkişafı çərçivəsində təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens üzrə təhsil və mentorluq proqramları həyata keçiriləcək.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeləndirilməsi, eləcə də daha geniş MDB regionunda dayanıqlılığın gücləndirilməsi, bacarıqların inkişafı, institutlararası əməkdaşlığın, məhsul və xidmətlərin ixrac potensialının təşviqinə yönəlmiş strukturlaşdırılmış regional proqramların həyata keçirilməsi nəzərdə tutulur.

“Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: “Azərbaycan rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdəndir. Zənnimcə, bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaqdır”.

Qeyd edək ki, “Mastercard” 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. “Mastercard” hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

9-08-2024, 08:04

Azərbaycanla Qazaxıstan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalayıb

Siyasət

8-05-2024, 15:25

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

İqtisadiyyat

30-07-2024, 11:08

Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

İqtisadiyyat

29-11-2025, 11:34

Bakıda “İKT Karyera Sərgisi” keçirilir

İqtisadiyyat

29-10-2024, 11:18

Kiçik və orta biznesin rəqəmsallaşmasında Sinqapur təcrübəsi öyrəniləcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə