Bakı, 11 iyul.
Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksəktəzyiqli magistral qaz kəmərinin 10-cu kilometrdə dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-si saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M.Müşfiq, M.Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.