“Azərbaycanda dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil, norma çərçivəsindədir”.
Bu barədə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, Mərkəzi Bank müvafiq dələduzluq halları nəticəsində sui-istifadə hallarının statistik məlumatlarını toplayır və təhlil edir: “Dələduzluq hallarının aktiv inkişaf trendini nəzərə alaraq, Mərkəzi Bank müvafiq statistika göstəricilərinin genişləndirilməsi istiqamətində işləri də paralel olaraq davam etdirir”.