Bakı, 22 oktyabr.
Əhalinin manata inamı artıb.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Dollarizasiya səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz isə dollarizasiya səviyyəsini 20-25 faiz səviyyəsində idarə etməkdir. Strateji valyuta ehtiyatlarımız geniş manat kütləsini 3,7 dəfə üstələyir. Manatın dayanıqlılığı ilə bağlı heç kimdə şübhə olmamalıdır", - deyə T.Kazımov diqqətə çatdırıb.