• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ

Cəmiyyət

Вчера, 23:04

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
09.07.2026.
Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
Bakı, 9 iyul.

“Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov təşkilatın fəaliyyəti, cari ilin birinci yarımilində həyata keçirilən işlər, hüquq ixtisası üzrə təhsil alan tələbələrin könüllülük proqramına qoşulmasının əhəmiyyəti barədə sualları cavablandırıb.

- 2026-cı ilin I yarımili geridə qalır, bu müddət ərzində “Femida Könüllüləri” üçün hansı işlər görülüb?

- Təşkilatımızın fəaliyyətində cari ilin ilk yarısı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəlməsi baxımından olduqca dinamik bir hesabat dövrü kimi yadda qalıb. İlk növbədə, qeyd etmək istərdim ki, "Femida Könüllüləri" Təşkilatı təsis olunduğu tarixdən etibarən hərəkatımıza cəlb olunmuş gənc hüquqşünasların ümumi sayı 1885-ə çatıb ki, bu da müvafiq dövr üzrə Azərbaycanda hüquq fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrin ortalama 45 faizini təşkil edir. 1885 gəncin cəlb edildiyi fəaliyyətinin sayı isə 2173-ə yüksəlib. Bu yarımildə əldə etdiyimiz digər strateji nailiyyət fəaliyyət coğrafiyamızın daha da genişləndirilməsidir. Paytaxt Bakı ilə yanaşı, Naxçıvan və Qarabağ regionlarında təhsil alan gənclər üçün ixtisasyönümlü müxtəlif layihələr, təlimlər həyata keçirilib. Xüsusilə vurğulamaq lazımdır ki, yay aylarında həyata keçirilən könüllülük proqramı çərçivəsində 400-dən çox hüquq fakültəsi tələbəsi respublikanın 46 bölgəsində yerləşən 81 müxtəlif dövlət qurumunda aktiv praktiki fəaliyyətə cəlb edilib.

Nəhayət, geridə qalan aylar ərzində könüllülərin peşəkar bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına, eyni zamanda, hüquqi maarifləndirmə çərçivəsində nəzəri biliklərinin möhkəmlənməsinə yönələn müxtəlif layihələr icra edilib. Gənclər müxtəlif layihələrdə, dövlət əhəmiyyətli tədbirlərdə, beynəlxalq konfrans və forumlarda yaxından iştirak edərək mühüm bilik və təcrübə əldə ediblər.

- Könüllülük proqramına hüquq təhsili alan tələbələrin marağını necə qiymətləndirirsiniz?

- Tələbələrin dövlət qurumlarında təcrübə qazanmağa, praktiki biliklər əldə etməyə və peşəkar inkişaf imkanlarından yararlanmağa marağı olduqca yüksəkdir. Hazırda könüllü proqram çərçivəsində 400-dən çox hüquq təhsili alan tələbənin könüllü kimi fəaliyyət göstərməsi də, bu aktivliyin bariz göstəricisidir. Bu göstərici ölkə üzrə hüquq fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrin 17,5 faizini təşkil edir. Belə bir rəqəm həm də "Femida Könüllüləri" Təşkilatına olan etimadın və tələbələr arasında qazandığımız nüfuzun sübutudur.

- “Femida Könüllüləri”nin cəlb edilməsi prosesi necə həyata keçirilir? Seçim zamanı hansı meyarlar əsas götürülür və yeni könüllülər üçün hansı imkanlar yaradılır?

- “Femida Könüllüləri”nin cəlb edilməsi hamı üçün əlçatan formada həyata keçirilir və seçim prosesi şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsiplərinə uyğun təşkil olunur. Proqrama qoşulmaq istəyən namizədlər portal.fmd.az saytı vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yaradaraq fəaliyyətdə olmaq istədikləri qurum üzrə müraciət edirlər. Müraciətlər qəbul olunduqdan sonra namizədlər növbəlilik prinsipi əsasında müsahibəyə dəvət olunurlar. Seçim zamanı namizədlərin hüquq sahəsinə marağı, motivasiyası, ünsiyyət bacarıqları, analitik düşüncə tərzi və komandada işləmək bacarığı əsas meyarlar kimi qiymətləndirilir. Proqrama qəbul olunan könüllülər məhkəmə, ədliyyə, vəkillik və mediasiya qurumlarında praktiki fəaliyyət göstərmək, peşəkar hüquqşünaslarla birgə işləmək, müxtəlif təlim və layihələrdə iştirak etməklə nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək imkanı əldə edirlər.

- Yay aylarında regionlarda həyata keçirilən könüllülük proqramının əsas məqsədi nədir və necə tətbiq olunur?

- Yay aylarında regionlarda reallaşdırılan bu könüllülük proqramı gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, regionlarda fəaliyyətin təmin edilməsi və könüllülük fəaliyyətinə əlçatanlığın artırılması məqsədilə yay tətilində 45 gün ərzində (1 iyul - 15 avqust) STEP I və STEP II mərhələləri üzrə tətbiq olunur. Qeyd edim ki, cari buraxılışda ötən buraxılışla müqayisədə ikiqat artım müşahidə edilir. Belə ki, mexanizmin uğurlu göstəricisi olaraq hazırda region modulu çərçivəsində 207 hüquq tələbəsi müxtəlif 55 qurumda könüllü kimi praktiki fəaliyyətə cəlb edilib. Proqramın əsas fəaliyyət istiqamətləri region gənclərinin hüquqi maariflənməsinə, peşəkar inkişafına və hüquq sahəsində gələcək fəaliyyətlərinə mühüm töhfə verməkdən ibarətdir. Bu hədəflərə nail olmaq üçün təşkilat tərəfindən regionlarda fəaliyyət göstərən könüllülər üçün müxtəlif təlimlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulur.

- Son 6 ay ərzində könüllülərin peşəkar inkişafı istiqamətində hansı təlimlər, layihələr və digər fəaliyyətlər təşkil olunub?

- Hesabat dövründə "Femida Könüllüləri" Təşkilatı könüllülərin peşəkar inkişafının dəstəklənməsi istiqamətində müxtəlif layihə və təşəbbüsləri uğurla davam etdirib. Bu çərçivədə "Femida Akademiya" layihəsi vasitəsilə hüququn müxtəlif sahələri üzrə təlimlər təşkil olunaraq 110 tələbənin praktiki bacarıqları real məhkəmə təcrübəsi əsasında nəzəri biliklərlə möhkəmləndirilib. "Legal Ring" intellektual yarışı gənc hüquqşünasların hüquqi biliklərinin artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Layihə hüquq fakültəsində təhsil alan tələbələr arasında ən çox maraq doğuran və yüksək iştirakçılıq səviyyəsi ilə seçilən layihələrdən biridir. Yarışda ümumilikdə 90 könüllü iştirak edib. Yarışın komanda formatında, "Breyn-rinq" və "Nə? Harada? Nə zaman?" intellektual oyun modelləri əsasında keçirilməsi iştirakçıların layihəyə marağını daha da artırıb, onların həm nəzəri biliklərini, həm də praktik düşünmə bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli mühit yaradıb. "Legal Meetup" layihəsilə könüllülərin hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşləri təşkil edilərək onların praktiki təcrübə ilə yaxından tanış olmaları təmin edilib. Könüllülərin hüquqi-nəzəri biliklərinin artırılması və onların peşəkarların təcrübələrindən faydalanması məqsədilə start verilən bu platformaya ümumilikdə 200 hüquq tələbəsi cəlb olunub.“Dəyirmi masa” layihəsi çərçivəsində aktual hüquqi mövzular və real kazuslar peşəkar hüquqşünaslarla birlikdə müzakirə olunaraq könüllülərin hüquqi təhlil bacarıqlarının inkişafına töhfə verilib. Layihə çərçivəsində ümumilikdə 60 könüllü iştirak edib, interaktiv müzakirələr, müqayisəli metodologiya əsasında aparılan hüquqi qiymətləndirmələr və praktiki yanaşmalar vasitəsilə onların analitik düşünmə, hüquqi əsaslandırma və peşəkar müzakirə bacarıqları gücləndirilib.

- Bu dövr ərzində dövlət qurumları, ali təhsil müəssisələri və digər tərəfdaşlarla əməkdaşlıq istiqamətində hansı nəticələr əldə olunub?

- Fərqli qurumlarla əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi hesabat dövründə əsas prioritetlərimizdən biri olub. Bu çərçivədə Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası, habelə Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Dövlət Gömrük Akademiyası ilə birgə gənclərin inkişafına yönəlmiş silsilə hüquqi maarifləndirmə tədbirləri, ixtisaslaşdırılmış təlimlər, infosessiyalar və interaktiv görüşlər uğurla gerçəkləşdirilib. Gələcək hədəfimiz isə bu uğurlu əməkdaşlığı davamlı qorumaq, əhatə dairəsini daha da böyütməklə gənc hüquqşünasların potensialının artırılmasında əsas hərəkətverici qüvvəyə çevrilməkdir.

- Bu gün hüquq təhsili alan gənclərə əsas çağırışınız nədir? Gənc hüquqşünaslar təcrübə və karyera üçün niyə məhz "Femida Könüllüləri" Təşkilatına qoşulmalıdırlar?

- Hüquq sahəsində təhsil alan bütün gənclərə əsas çağırışım odur ki, universiteti bitirib diplom alana qədər gözləməsinlər. Müasir dövrdə uğurun əsası sadəcə nəzəri biliklər deyil, bu bilikləri praktikada tətbiq etmək bacarığıdır. Buna görə də bilik və bacarıqları hələ tələbəlik illərindən davamlı inkişaf etdirmək və praktiki təcrübəni zənginləşdirmək olduqca vacibdir. Gənc hüquqşünasların karyera yüksəlişi üçün məhz "Femida Könüllüləri" Təşkilatını seçməli olmalarının səbəbi qarşımızda müəyyən etdiyimiz strateji hədəflərlə bağlıdır. Biz, sadəcə, bir təcrübə platforması deyil, hüquqşünas gənclərlə iş üzrə uğurlu "milli model" formalaşdırırıq. Məqsədimiz vətənpərvər, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edərək tətbiq edə bilən peşəkar gənc hüquqşünas şəbəkəsini yaratmaqdır. "Femida Könüllüləri"nə qoşulan gənclər qanunların icrasında məsuliyyət daşımaq bacarıqlarını inkişaf etdirir, hüquqi problemləri effektiv həlletmə və düzgün qərarlar qəbuletmə qabiliyyətlərini formalaşdırırlar.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-02-2025, 11:15

MEDİA-nın yeddinci könüllülük proqramı uğurla yekunlaşıb

Cəmiyyət

9-04-2026, 12:32

Ali təhsil müəssisələrinin tələbələri ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar

Cəmiyyət

19-02-2026, 13:37

BDU-nun iki tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub

Cəmiyyət

26-08-2025, 12:42

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Cəmiyyət

24-09-2024, 23:31

“BDU könüllüləri”nin təşkilatçılığı ilə gələcəyin hüquqşünasları üçün təlimlər keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 23:08
    MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öyrənəcəklər
  • Вчера, 23:06
    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Вчера, 23:04
    Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
  • 8-07-2026, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • 8-07-2026, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • 8-07-2026, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • 8-07-2026, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 8-07-2026, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 8-07-2026, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • 8-07-2026, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
  • 8-07-2026, 13:08
    Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb
  • 7-07-2026, 21:32
    Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb
  • 7-07-2026, 21:30
    Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
  • 7-07-2026, 21:27
    Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib
  • 7-07-2026, 13:24
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • 7-07-2026, 13:20
    Nəsimi rayonunda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 7-07-2026, 13:19
    FHN: Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam edir
  • 7-07-2026, 13:17
    DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 7-07-2026, 13:14
    Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
  • 6-07-2026, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • 6-07-2026, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • 6-07-2026, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • 6-07-2026, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • 6-07-2026, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • 6-07-2026, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • 6-07-2026, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • 6-07-2026, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • 6-07-2026, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 6-07-2026, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • 6-07-2026, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə