• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gənc xanəndə: Arzum Məcnun obrazını canlandırmaqdır - MÜSAHİBƏ

Mədəniyyət

30-01-2024, 12:10


Musiqi zövqünə ol kəski, deyildir Vaqif,
Bu büsatın nə bilir ki, nə şərafətləri var.

Azərbaycan ən qədim mədəniyyət izlərinə malik olan ölkələr sırasında yer alır. Xalqımız zəngin, ecazkar və özünəməxsus mədəniyyəti ilə formalaşıb, inkişaf edib. Bədii yaradıcılıq sahəsində qiymətli sərvətlər yaradan muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrı hesab olunur. Təsadüfi deyil ki, muğamlarımız zövq mənbəyi olması ilə bərabər, həm də Azərbaycanın tarixi keçmişindən xəbər verən maddi, mənəvi irsdir. Bu möhtəşəm sənəti ifa edən və sevdirənsə, xanəndələrdir. Xanəndəlik klassik ustad ənənələrinə əsaslanan bir sənətdir.
Budəfəki müsahibimiz VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən biri, “Səs Azərbaycan. Doğma nəğmələr” müsabiqəsinin iştirakçısı istedadlı xanəndə Rəvan Qaçayevdir. Gənc xanəndə uğura gedən yol və xanəndəlik sənətinə dair düşüncələrini AZƏRTAC-la bölüşüb.
- İstərdik sənətdə atdığınız ilk addımlarınızdan söhbət açasınız, musiqi təhsiliniz necə başlayıb?
- Mən musiqiçi ailəsində dünyaya gəlmişəm. Bu sənətə maraq da elə ailədən yaranıb. Atam qarmon ifaçısı olub. Əslən Qarabağlı olsam da, ailəm Şamaxıda məskunlaşıb. Qohumlarımız və yaxınlarımız arasında tanınmış musiqiçilər, aşıqlar var. Onlardan Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Əvəz Hacıyev, Abgül Mirzəliyev, Camal Dadaşov, Aşıq Vüqar Mahmudoğlu və başqalarının adını çəkə bilərəm. Mənim ilk müəllimim atam olub. Bir gün evdə zümzümə edən zaman atam dinlədi və həmin gündən bəri daima mənimlə məşğul oldu. Özümün də musiqiyə həvəsim çox olub. Əvvəlcə muğamların başlanğıcı olan “Bayatı-Kürd”ü öyrənməyə başladım. Sonra, 5-ci sinifdə təhsil alanda çox gözəl xanəndə, dəyərli pedaqoq Sabir Abdullayevlə birlikdə hazırlaşdıq. Onun sayəsində artıq üç muğamı tam formada öyrənmişdim. Yaşım bir az daha artıqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə, Əlibaba Məmmədovun dərslərinə qatıldım. Ustadın mənim üzərimdə əvəzolunmaz dərəcədə böyük rolu var. Musiqi həyatım da elə məhz buradan başladı.
Kiçik yaşlarımdan bir çox ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Müsabiqələrin birində çox maraqlı bir hadisə yaşanmışdı. 2010-cu ildə səfər üçün xarici ölkəyə gedəndə elə oldu ki, tədbirimiz kilsədə keçirildi. “Buta” adlı layihə çərçivəsində keçirilən tədbirdə mənə yaxınlaşıb azanı bilib-bilmədiyimi soruşmuşdular. Bizdə ailədə hər kəs dinə bağlı olduğu üçün mən də azanı mənimsəmişdim. Məndən xahiş etdilər ki, azan oxuyum. Son dərəcə həvəslə oxudum və hər kəs tərəfindən böyük maraqla qarşılandı. Həmin tədbirdə Xalq artisti Elşən Mansurov, Əməkdar artist Ehtiram Hüseynov da iştirak edirdilər.
- Kifayət qədər təcrübəsi olan bir xanəndə kimi muğamı necə dərk edirsiniz?
- Muğam mənə görə birbaşa insan həyatının özüdür. Ali varlıq olan insanın bütün emosiyalarını ifadə edir. Muğamda bütün duyğular əks olunub. Sakitlik, həyəcan, sevinc və digər hissləri özündə birləşdirən bu musiqinin gözəlliklərini saymaqla bitməz. Mənə görə muğam başdan-başa insan oğlunun yaşantılarını əks etdirir.
- Muğam müsabiqəsinin qalibi olan iştirakçıların sonrakı fəaliyyəti necə davam edir?
- Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən yaranıb. Müsabiqə sayəsində istedadlı xanəndələr kəşf olundu. Hər dəfə bəlkə də min nəfərə yaxın iştirakçıdan cəmi 20-sinin müsabiqədə iştirakı təsdiqlənir. Bu müddət ərzində demək olar ki, hər həftə bir nəfər müsabiqədən kənarlaşır. Sonluğa qalan 4, 5 ifaçı isə artıq qalib sayılır. Müsabiqədə iştirak edən ifaçılar şanslıdır ki, ustadların qarşısında çıxış edirlər. Bu dövr iştirakçıların özlərini daha da inkişaf etdirmək və tanınmaq üçün açdığı maraqlı sənət yoludur. Sonrada bu gənclər öz istedadlarını Azərbaycanın ifaçılıq sənəti, xüsusilə də muğam ifaçılığı sahəsində davam etdirirlər. Sözsüzü ki, bu müsabiqə bizlərə yeni imkanlar yaratdı, həm ölkədə tanındıq, həm də gələcək uğurlarımız bir vəsilə oldu. Hazırda müsabiqənin iştirakçıları və qalibləri öz fəaliyyətlərini müxtəlif yaradıcılıq məkanlarında uğurla davam etdirir, bəzilər təhsil alır, bəziləri solist kimi teatr və konsert müəssisələrində çalışır.
- Müsabiqə zamanı ən yaddaqalan hadisə nə olub?
- Əslində maraqlı hadisələr çox olub. Mənim üçün ən yaddaqalan isə müsabiqənin finala keçid həftəsində yaşadığım an idi. Həmin gün çox həyəcanlı idim və səhnəyə çıxıb “Dəşti” muğamı oxudum. Bu, uğurlu ifa oldu. Dəştini Azərbaycanda dəsgah şəklinə salan ustad Əlibaba Məmmədov bunu yüksək qiymətləndirdi. Tamaşaçıların alqışları, münsiflər heyətinin xoş sözləri hələ də qulaqlarımdadır. Deyə bilərəm ki, həmin gün mənim sənət həyatımda unudulmayacaq tarixi an yaşandı.
- Daha çox hansı xanəndənin üslubundan bəhrələnmisiniz?
- Lap kiçik yaşlarımdan evdə atamın məsləhəti ilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Ağabala Abdullayev, Rübabə Muradova, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim Qasımov, Şövkət Ələkbərova kimi sənətkarların lent yazılarını dinləmişəm. Bu ölməz sənətkarlarımızın məlahətli səsləri uşaq qəlbimdə yeni ovqat yaradırdı. Bir növ ruhumun qidası idi.
- Korifey sənətkarlarımız zaman-zaman Opera və Balet Teatrının səhnəsində ölməz əsərlərə imza atıb səhnə həyatı verib bir növ tanınmış xanəndələrin bu teatra xüsusi maraqları olur. Bəs sizdə necə...
- Mən də Opera və Balet Teatrında hansısa bir rolu canlandırmaq istəyərəm. Fikrimcə, rolun böyüyü, kiçiyi olmur. Bir obrazı səhnədə peşəkar formada nümayiş etdirmək daha önəmlidir. Təbii ki, arzum səhnədə Məcnun rolunu canlanırmaqdır.
- Aşıq, muğam, yoxsa estrada janrını özünüzə daha yaxın hesab edirsiniz?
- Sözün düzü buna cavab vermək mənim üçün çətin olacaq. Çünki bu sualın cavabını hələ özüm də tam dəqiqləşdirə bilməmişəm. Hər üç janrda özümü sınamışam və düşünürəm ki, hər biri özlüyündə uğurlu alınıb. Ən doğma olanı seçmək isə, bir qədər mümkünsüzdür.
- Nə qədər ki, gəncəm…
- Nə qədər ki, gəncəm öyrənib, inkişaf edib, sağlamlığımı qorumalıyam. Çünki bu sənət elə sahədir ki, sağlamlıq ən vacib amildir. Düşünürəm ki, özümü düzgün istiqamətdə formalaşdırmaq üçün daim çalışmalıyam.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

7-11-2023, 14:22

“Azərxalça” Avropada Azərbaycan xalçalarının təbliğatını davam etdirir

Yazarlar

21-01-2024, 17:46

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova

Mədəniyyət

12-10-2023, 14:04

“Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq

Cəmiyyət

31-01-2024, 07:08

Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Mədəniyyət

13-11-2023, 13:24

Uşaq İncəsənət Festivalı başa çatıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Сегодня, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Сегодня, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • Вчера, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • Вчера, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • Вчера, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • Вчера, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • Вчера, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • Вчера, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • Вчера, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • Вчера, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə