• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?

Siyasət

22-06-2026, 14:12

Bakı, 22 iyun.

Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun 2026-cı il tarixli qərarının qərəzli və siyasi xarakter daşıdığı barədə müxtəlif fikirlər səsləndirilir. Bu qərarın məhz Azərbaycanda bir-birinin ardınca beynəlxalq tədbirlərin keçirildiyi dövrdə qəbul olunması da diqqətçəkən məqamlardan biridir.

Özünü insan hüquqlarının və ədalətin müdafiəçisi kimi təqdim edən Avropa Məhkəməsi uzun illər ərzində Qarabağdan və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının pozulması məsələsinə lazımi diqqət göstərməyib. Müraciətlərə baxmayaraq, həmin insanların üzləşdiyi faciələrə dair hər hansı prinsipial mövqe ortaya qoyulmayıb. Halbuki onlar təkcə doğma yurdlarından didərgin salınmayıb, eyni zamanda, zorakılığa məruz qalıb, əmlaklarını itirib, yaralanıb və həyatlarını itirənlər də olub.

Xocalı soyqırımı kimi bəşər tarixinin ən ağır faciələrindən biri də beynəlxalq qurumlar tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib. İşğal dövründə Azərbaycanın ərazilərində insanlığa qarşı cinayətlər törədilib, tarixi və dini abidələr dağıdılıb, mədəni irs məhv edilib. Buna baxmayaraq, Avropa institutlarının fəaliyyəti Azərbaycan cəmiyyətində ciddi suallar doğurub.

İllər ərzində müstəqilliyini möhkəmləndirən Azərbaycan öz inkişaf modelini formalaşdıraraq regionun aparıcı dövlətinə çevrildi. Güclü ordu quruldu, iqtisadi inkişaf təmin edildi və ölkə Cənubi Qafqazın əsas siyasi-iqtisadi mərkəzlərindən biri oldu. Azərbaycan öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi. Bu nəticə beynəlxalq hüququn tanıdığı suverenlik prinsiplərinə uyğun olaraq əldə olundu.

Müharibədən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Ermənistanla sülh prosesi başladı, nəqliyyat-kommunikasiya layihələri gündəmə gəldi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyəti artdı. Zəngəzur dəhlizi ideyası regionun iqtisadi inteqrasiyasına xidmət edən layihələrdən biri kimi ön plana çıxdı. Məhz bu dövrdə Avropa Şurası Parlament Assambleyasının və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana münasibətdə sərgilədiyi mövqe bir çox ekspertlər tərəfindən təsadüfi hesab edilmir.

Türkiyəli siyasi ekspert Yakub Aslan məsələ ilə bağlı bildirib: “Avropa uzun illərdir demokratiya və insan hüquqları məsələlərindən müxtəlif dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir. Türkiyə onilliklər boyu Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar aparsa da, müxtəlif bəhanələrlə proses uzadılıb. Bu, Avropanın ikili standartlar siyasətinin göstəricisidir. Azərbaycana münasibətdə də oxşar yanaşmanın şahidi oluruq. Qarabağ münaqişəsinin həllində nəticə əldə edə bilməyən Avropa institutları Azərbaycanın öz gücü ilə yaratdığı yeni reallıqları qəbul etməkdə çətinlik çəkirlər”.

Son illərdə Avropa institutlarında baş verən korrupsiya və lobbiçilik qalmaqalları da bu qurumların nüfuzuna ciddi zərbə vurub. Xarici təsirlər, maliyyə maraqları və siyasi sifarişlər barədə yayılan məlumatlar Avropa strukturlarının qərarlarının obyektivliyi ilə bağlı şübhələri artırıb.

Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsinə maddi “yardım” əvəzinə lobbiçilik etmək, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar, Avropa diplomatiyasının sabiq rəhbəri, Avropa Kollecinin rektoru Federika Mogerini və keçmiş baş katibi Stefano Sannino və daha üç əməkdaşın dələduzluqda şübhəli bilinərək saxlanılması, hətta Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrellin adının da bu qalmaqalda hallanması Avropanın müxtəlif qurumlarına qarşı etimadın itməsinə səbəb olub.

Bütün bunlardan sonra Avropa məhkəməsinin qərarını ciddi hüquqi sənəd kimi qəbul etmək olarmı? Əlbəttə ki, olmaz və heç kim də qəbul etmir. Onu da nəzərə çatdırmaq lazımdır ki, belə təzyiqlərə yalnız Azərbaycan məruz qalmır. Buna misal olaraq bir çox ölkələri göstərmək olar. Lakin məqsədimiz bu deyil. Avropa məhkəməsi və digər qurumlar Azərbaycanın artıq maliyyə və hərbi və siyasi dəstəyə ehtiyacı olmadığını başa düşməlidirlər. Hər bir dövlətin milli maraqlarını qorumaq haqqı var. Azərbaycan da öz haqqını qorumaq hüququna malikdir və bu hüquq bütün beynəlxalq sənədlərdə öz əksini tapıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-04-2024, 10:44

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Cəmiyyət

3-06-2026, 12:56

Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur

Siyasət

18-06-2024, 10:03

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Siyasət

13-01-2024, 11:32

XİN: Avropa Şurası komissarının hesabatı natamam və qərəzli mənbələrə əsaslanıb

Siyasət

29-05-2024, 20:02

Qərbi Azərbaycan İcması: Avropa İttifaqı regionda müsbət dinamikanı pozmağa çalışır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə