Bakı, 30 iyun.
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur.
Bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulur.
Qeyd edək ki, “Metrik Konvensiya” ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir.