• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Münxendəki görüşlərin qarşı tərəfin müraciəti ilə reallaşması Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir

Siyasət

17-02-2024, 15:19

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Münxendəki görüşlərin qarşı tərəfin müraciəti ilə reallaşması Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir ŞƏRH
17.02.2024 [14:39]
Münxen Təhlükəsizlik Konfransı ötən dövr ərzində müxtəlif cür adlanmasına baxmayaraq son nəticədə vahid bir hədəfə, sülhün təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, sülh üçün risklərin aradan qaldırılması, yaxud proseslərin mümkün inkişaf ssenarisi istiqamətində təsəvvürlərin və hətta yol xəritəsinin formalaşdırılmasına xidmət edib. Demək olar ki, bütün dövlətlərin təmsil olunduğu Konfransda bir qayda olaraq dəyişməz kilid fiqurlar olur və sonrakı dövr üzrə təsəvvürlərin formalaşdırılması istiqamətində bu subyektlərin fikirləri əhəmiyyətli xarakter daşıyır. Azərbaycan özünün şaxələndirilmiş enerji siyasəti ilə dünya təhlükəsizliyində önəmli rol oynasa da, xüsusən 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin panel müzakirələrindən sonra Bakı məhz Prezident İlham Əliyevin personası fonunda bu tədbirin favorit söz sahiblərindən birinə çevrilə bilib. Ardınca Vətən müharibəsindəki Qələbə ilə Azərbaycan beynəlxalq təhlükəsizlik platformasında mövqeyini kifayət qədər möhkəmləndirə bildi. Lakin məlumdur ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində Ermənistan və havadarlarının iki dəfə kapitulyasiyaya məcbur edilməsi və Azərbaycanda separatizmə birdəfəlik son qoyulması ilə qlobal miqyasda özünü beynəlxalq ictimaiyyət adlandıran bir qrup riyakar beynəlxalq subyektin Bakıya qarşı səlib yürüşü başlandı. Ötən dövr ərzində bütün təzyiq cəhdlərinin zərərsizləşdirilməsi, hətta bu kampaniyaya rəhbərlik edən Fransanın Şərqi Avropadan Orta Asiya və Yaxın Şərqə qədər uzanan nəhəng casus şəbəkəsinin ifşa edilməsi fonunda Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan artıq hesablaşılan və dünyanın təhlükəsizlik arxitekturasında rəyi nəzərə alınmalı olan güc mərkəzidir. Bu mənada Azərbaycan Prezidentinin 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirakı və səfərin ilk günündə reallaşan 10-a yaxın görüşün hər birinin Bakının yox, məhz qarşı tərəfin müraciətinə əsasən reallaşması hər şeydən öncə yeni düzəndə Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir. Bu prosesdə, heç şübhəsiz ki, açar faktor olaraq İlham Əliyevin şəxsi nüfuzu çıxış edir.
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Görüşlərin xarakterinə diqqət çəkən deputat deyib: “Yaxın dövrə qədər Azərbaycana ittihamlar yağdırmaqda ehtiva olunan ritorikadan fərqli olaraq Münxendə İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılandığı aydın formada görünür. Görüş təşəbbüskarları üçün dünyanın süni gündəminə çevrilməsinə çalışılan saxta mövzular ətrafında yox, daha çox İlham Əliyevin əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində baxışları önəm daşıyır. İstər dövlət rəsmiləri, istərsə də qlobal iqtisadi güc subyektləri kimi tanınan özəl sektor nümayəndələri ilə görüşdə daha çox müstəqil, suveren Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraq ifadə olunur. Əlbəttə, bu, Azərbaycan ətrafında Fransanın təhriki və rəhbərliyi ilə formalaşan süni çənbərin – Bakıya münasibətdə sanksiya təşəbbüslərinin fiaskosu deməkdir. Qlobal subyektlərin İlham Əliyevlə iqtisadi-ticari, mədəni, humanitar əlaqələrin genişləndirilməsi barədə müzakirələrə cəhd etməsi, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq hüququ rəhbər tutaraq özünün ərazi bütövlüyü və suveren haqlarını bərpa etməsində ehtiva olunan yeni status-kvonun sözsüz qəbullanması deməkdir. Bir sözlə, 60-cı Münxen Təhlükəsizlik Konfransının ilk günü İlham Əliyevin son bir il ərzində yaratdığı reallıqların bəyan edilməsi və qlobal subyektlər tərəfindən qəbullanması ilə xarakterizə olundu. Bu mənada, əvvəllər qərəzi ilə gündəmə gələn qlobal güc mərkəzlərinin bu gün diqqəti daha çox ənənəvi enerji siyasətinə fokuslaması, Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə birgə tərəfdaşlığın perspektivləri, kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlıq barədə danışmağa üstünlük verməsi kifayət qədər pozitiv məqamlardır.
Yəni, mübaliğəsiz olaraq deyə bilərik ki, tədbir Azərbaycanın yeni dövr üzrə müəyyən etdiyi prioritetlərin realizəsi istiqamətində əlavə imkanlar platformasına çevrilməkdədir. Bildiyiniz kimi, fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etmişdi. Xarici siyasət kursuna fokuslanan dövlətimizin başçısı açıq formada bəyan etmişdi ki, Bakı artıq daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətindədir. Bu dövrə qədər Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkənin isə bizi Qoşulmama Hərəkatına sədr seçməsi, habelə COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunması göstərir ki, İlham Əliyev artıq Azərbaycanı qlobal oyunçuya çevirib. Bu mənada, Münxen Təhlükəsizlik Konfransı həm də beynəlxalq hüquq subyektlərinin Azərbaycanın yeni xarici siyasət prioritetlərini qəbullanması baxımdan mühümdür. Bu mənada, qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüş yeni dövrdə Azərbaycanın niyyətlərinin bir daha rəsmən bəyan edilməsi baxımdan əhəmiyyətli oldu”.
Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanın bu sahədə ən kritik şərti artıq bölgəyə Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində baxılmamasıdır. Bildiyiniz kimi, Prezidentin inauqurasiya mərasimindəki çıxışından da göründüyü kimi, yeni dövr üçün İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydındır. Azərbaycan bu məsələdə qlobal spekulyasiyalara meydan verməyəcək və bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur. ATƏT sədri ilə görüşdə də ifadə olunduğu kimi, “Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi isə qlobal məsələ deyil, ikitərəfli xarakter daşıyır”.
Yəni, faktiki olaraq İlham Əliyevin iradəsi o yöndədir ki, qalib tərəf olaraq bizim Ermənistan kimi üçüncü dünya dövləti ilə münasibətlərə xüsusi vaxt ayırmaq niyyətimiz yoxdur. Andiçmə mərasimində də deyildiyi kimi, “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Ona görə də İlham Əliyev açıq formada bəyan etdi ki, indiki halda ATƏT də bu reallıqları qəbul etməli, bu qurum çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməli və qurumun büdcəsi də daha məqsədyönlü və vacib layihələrə istiqamətlənməlidir.
“Uzun illər məqsədli formada davam etmiş regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olmuş Azərbaycan İlham Əliyevin liderliyində artıq iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizə kimi dünyanı narahat edən problemlərin həllində, habelə bərpaolunan enerji siyasətini inkişaf etdirməkdə nəticələrə fokuslanıb. Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bəyan etməsi, habelə digər müzakirələrdə, COP29-un keçirilməsinin daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etməsi barədə fikirlərin səslənməsi bunu bir daha sübut edir. Müəyyən aradan sonra, nəhayət, Vaşinqtonun da ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin qismində Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğuna bir daha diqqət çəkməsi Bakının yeni prioritetlərinin qlobal miqyasda qəbul edildiyini göstərməkdədir”, - deyə deputat vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-11-2023, 15:15

SPECA-nın Zirvə görüşü Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində yeni mərhələnin başlanğıcı oldu - ŞƏRH

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Cəmiyyət

25-12-2023, 09:34

Ceyhun Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil” -

Cəmiyyət

26-12-2023, 09:46

Deputat: Azərbaycan hər zaman mühüm aktor kimi özünü uğurla təsdiqləyib

Siyasət

15-02-2024, 10:49

Prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri aydın formada müəyyənləşdirdi ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 14:40
    Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
  • Вчера, 14:37
    Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
  • Вчера, 14:22
    Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib
  • Вчера, 11:24
    Azərbaycan nefti 93 dollara satılır
  • Вчера, 11:20
    Ötən üç ayda xarici kvalifikasiyaların tanınması üzrə 11 saxta diplom aşkarlanıb
  • Вчера, 11:18
    Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb
  • Вчера, 11:15
    Səyyar ASAN xidmət Xankəndidə
  • Вчера, 11:13
    Sabah respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq
  • 20-07-2026, 20:03
    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
  • 20-07-2026, 20:01
    XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
  • 20-07-2026, 14:45
    Regionlarda investisiya fəallığının artırılması və KOB-ların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək
  • 20-07-2026, 14:40
    Bu ilin II rübündə 282 nəfərin IELTS imtahanı xərcləri qarşılanıb
  • 20-07-2026, 14:37
    “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib
  • 20-07-2026, 13:35
    “Brent” markalı neftin qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb
  • 20-07-2026, 13:32
    Azərbaycan məktəbliləri Beynəlxalq Kimya Olimpiadasında 3 medal qazanıblar
  • 20-07-2026, 13:30
    DİM magistratura üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil edəcək
  • 20-07-2026, 13:28
    Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək
  • 20-07-2026, 13:26
    Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
  • 20-07-2026, 13:22
    Sosioloq: Məqsəd sosial şəbəkələrin tamamilə qadağan olunması deyil, onlardan təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasıdır
  • 19-07-2026, 14:51
    BDU-nun professoru vəfat edib
  • 19-07-2026, 14:49
    Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib
  • 19-07-2026, 14:47
    “Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
  • 18-07-2026, 12:20
    Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir
  • 18-07-2026, 12:18
    ANAMA-nın təsis edilməsinin 28-ci ildönümü tamam olur
  • 18-07-2026, 12:16
    Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub
  • 18-07-2026, 12:13
    Azərbaycan nefti 91 dollara satılır
  • 18-07-2026, 12:11
    “Təməl dalğıc kursu”nu başa vuranlara sertifikatlar təqdim olunub
  • 17-07-2026, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • 17-07-2026, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • 17-07-2026, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • 17-07-2026, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
  • 17-07-2026, 13:01
    DİM dövlət qulluğuna qəbul imtahanında uğur qazananlara müraciət edib
  • 17-07-2026, 12:59
    Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
  • 17-07-2026, 12:54
    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • 17-07-2026, 12:51
    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə