• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müzəffər Ali Baş Komandan Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı - RƏY

Siyasət

27-02-2024, 20:41

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Müzəffər Ali Baş Komandan Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı - RƏY
27.02.2024 [20:02]
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra istər bayramlarımızı, istərsə də faciələrimizi tamamilə fərqli bir şəkildə qeyd edirik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 1992-ci il fevralın 26-sına keçən gecə Xocalı faciəsini törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər. Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin bu niyyəti baş tutmadı. Torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhidlik zirvəsinə yüksəlməyə hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala 44 gündə qəhrəmanlıqla son qoydu.

Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi kimi dəyərləndirilir. Otuz il Azərbaycan əksər dünya güclərindən ədalət gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpası 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər ki, ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də sonda zəfər çalan yenə də ədalətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz dünya güclərinin 30 ildə edə bilmədiklərini 44 gündə etdi. Baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistana dəstək verən dövlətlər belə rəy yaratmağa çalışırdılar ki, münaqişənin hərb yolu ilə həlli mümkünsüzdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, buna 30 il vaxt lazım olsa da, bu illər ərzində Azərbaycan hər bir sahədə uğurlu inkişafa nail oldu, daha da gücləndi, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Dünyanın əksər aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti Azərbaycan dövlətini, xalqımızı ruhdan salmadı, əksinə daha da irəli gedərək atdığı addımları ilə Qarabağ münaqişəsinin həllinin hər an yaxınlaşdırdı.
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, bu torpağımız azad olunmadan biz sakitləşə bilməzdik.
Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylərini daha da artırdı. Hər bir məsələnin həllində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan yenə də bu məsələni sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan və ona havadarlıq edən dövlətlər hər vəchlə buna mane olmağa çalışdılar. İşğalçı dövlət Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi haqqında düşünmədi. Əksinə törətdiyi hərbi təxribatlarla vəziyyəti daha da gərginləşdirməyə cəhd göstərdi. Bütün bunların nəticəsində antiterror tədbirlərinin keçirilməsi qaçılmaz oldu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Həmin il oktyabrın 15-də Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı.
V.Rəhimzadə diqqəti dövlətimizin başçısının Xocalıya səfəri çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasına yönəldərək bildirib ki, bu mühüm addım Xocalı faciəsi ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Dövlətimizin “Xocalıya ədalət!” çağırışı dünya gücləri tərəfindən cavabsız qaldı. Baxmayaraq ki, 18 ölkə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanıyıb, lakin onların arasında böyük dövlətlərin adının olmaması, beynəlxalq təşkilatların məsələyə biganə yanaşmaları diqqətdən kənarda qala bilməz. Hansı ki, həmin dövlətlər yeri gəldi-gəlmədi digər ölkələrə “ədalət və beynəlxalq hüquq” dərsi keçirlər. “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - söyləyən dövlətimizin başçısı Xocalı şəhərində memorial kompleksin tikintisi ilə bağlı məsələyə də xüsusi diqqət yönəltdi. Bununla bağlı layihənin çoxdan hazır olduğunu və bunun üçün yer Bakıda da müəyyənləşdirildiyini bildirən Prezident İlham Əliyev onun tikintisi ilə əlaqədar tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlətimizin başçısının, Azərbaycan xalqının Xocalıya qayıdacağımıza əminlikləri idi. Həmin memorial kompleksin təməlinin məhz fevralın 26-da Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq, yaralarımız sağalmasa da bu qayıdış hər birimizi qürurlandırır.
YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Xocalıda və Xankəndidə də görülən işlərdən bəhs edib. Bildirib ki, səfər çərçivəsində dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə görülən bərpa-quruculuq işləri ilə tanış oldu. Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bu hədəfi açıqladı ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalı, həm Xankəndi, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri bərpa ediləcək.
“Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıdan bəyan etdi: Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə o əlavə edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-02-2024, 21:28

DSX-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Siyasət

26-02-2024, 08:40

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Cəmiyyət

26-02-2024, 16:00

"Xocalım, sabahın xeyir!" adlı rekviyem-tamaşa təqdim olunub

Cəmiyyət

26-02-2024, 09:14

XX əsrin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımından 32 il ötür

Cəmiyyət

21-02-2024, 21:33

Gürcüstanın azərbaycanlı icması Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə