• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib

Siyasət

2-05-2024, 18:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.
Konstantin Kosaçov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin salamlarını dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Valentina Matviyenko və Vyaçeslav Volodinə çatdırmağı xahiş etdi.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdıran Konstantin Kosaçov bu tədbirə böyük beynəlxalq marağın olduğunu vurğuladı. Qonaq Forumda Azərbaycan Prezidentinin dərin məzmunlu çıxışının önəmini qeyd etdi və bildirdi ki, dövlətimizin başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qoşulmama Hərəkatının fəaliyyəti, neokolonializm və digər mövzular barədə fikirləri müasir şəraitdə böyük aktuallıq kəsb edir. Konstantin Kosaçov vurğuladı ki, Azərbaycanın beynəlxalq səviyyədə çox layiqli yer tutması sevinc doğurur və bu da öz növbəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində vacib amillərdən birinə çevrilir. O, Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfərinin çox uğurlu keçdiyini qeyd etdi. Konstantin Kosaçov Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığını deyərək Bakıya hər dəfə gələrkən paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirdi.
Dövlətimizin başçısı beynəlxalq dialoq sahəsində mühüm platformalardan birinə çevrilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev bu yaxınlarda Moskvaya səfərinə toxunaraq həmin səfərin çox səmərəli olduğunu və müttəfiqlik münasibətlərimizin strateji xarakterini bir daha nümayiş etdirdiyini vurğuladı.
Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşünü xüsusi vurğuladı. Görüşdə hələ sovet dövründə bu layihənin əleyhinə çıxış edən bəzi qüvvələrin olmasına, çoxsaylı texniki, bürokratik və təbii maneələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı zaman Baykal-Amur Magistralının həyata keçirilməsində müstəsna xidmətlərinin qeyd edildiyini məmnunluq hissi ilə bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Rusiyanın iki qonşu dövlət kimi bir-birinə qarşılıqlı dəstək, hörmət, ikitərəfli və çoxtərəfli məsələlərin həlli ilə bağlı maksimal qarşılıqlı fəaliyyət göstərdiklərini vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, Rusiya təhlükəsizliyin təmin olunması məsələsində təkcə regionda deyil, daha geniş məkanda mühüm rol oynayır. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin daim yüksələn xətlə inkişaf etdiyini deyərək bunu Cənubi Qafqazda, daha da geniş coğrafiyada regional inkişafın mühüm amili kimi dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı, eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış etdiyini bildirərək, vacib məsələlərlə, o cümlədən neokolonializmlə bağlı böyük səylər göstərdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirildiyini bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcəyini dedi.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olundu. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiya Dövlət Dumasının inzibati binasında Dumanın sədri Vyaçeslav Volodinin iştirakı ilə sərginin təşkilinin əhəmiyyəti qeyd edildi.
Son dövrlərdə Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın inkişafından və Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluq ifadə olundu, iki ölkənin şəhərləri arasında uçuşların sayının artması müsbət amil kimi qiymətləndirildi. Dövlətimizin başçısı bildirdi ki, COVID-dən öncəki turizm sayının və göstəricilərinin bərpa olunması artıq realdır.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa toxunuldu, bu xüsusda ölkəmizdə rus dilinə göstərilən qayğı və məktəblərdə rus dilinin tədrisi vurğulandı.
Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıldı.

Paylaş:
Digər xəbərlər

Siyasət

2-05-2024, 14:59

Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib YENİLƏNƏCƏK

Siyasət

31-01-2024, 16:17

Azərbaycan Prezidenti İlham Əliyev Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət

30-01-2024, 16:03

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət

22-04-2024, 19:53

Rusiyalı politoloq: Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib

Siyasət

2-05-2024, 18:41

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • Вчера, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Вчера, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • Вчера, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • Вчера, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • Вчера, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • Вчера, 12:30
    "ADEX 2026" davam edir
  • Вчера, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • Вчера, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • Вчера, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • Вчера, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • Вчера, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • Вчера, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • 1-10-2026, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • 1-10-2026, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • 1-10-2026, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • 1-10-2026, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • 1-10-2026, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:46
    Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub
  • 29-09-2026, 11:58
    Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
  • 29-09-2026, 11:55
    AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur
  • 29-09-2026, 11:52
    Bu gün Ümumdünya Ürək Günüdür
  • 28-09-2026, 14:20
    DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
  • 28-09-2026, 14:16
    Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir
  • 28-09-2026, 14:13
    Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər
  • 28-09-2026, 14:10
    Vətən müharibəsinin xronikası: 28 sentyabr
  • 28-09-2026, 14:06
    "Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
  • 27-09-2026, 11:22
    Bir dəqiqəlik sükut, əbədi ehtiram...
  • 27-09-2026, 11:07
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 10:56
    Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb
  • 26-09-2026, 09:44
    Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə