Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında bildirib.
“Əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, - deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.