Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun mayın 4-5-də Bancul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.