• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir ŞƏRH

Siyasət

5-06-2024, 10:40

Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında iştirak və çıxış edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, 30-dan çox ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir: “Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələnir, tədbirin statusunu daha da yüksəldir. Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik”.

Deputat xatırladıb ki, bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür: “Yeni neft strategiyasının Azərbaycanın müstəqillik tarixində mühüm rolu hədsiz dərəcədə böyükdür, ölkəmizin iqtisadi inkişaf təməllərinin və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə dərin zəmin yaratmaqla bərabər, güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuş və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanması tarixi-iqtisadi rəmzi məna daşıyır. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapması təsadüfi deyil”.

Pərvin Kərimzadənin sözlərinə görə, bu kimi mühüm platformalara beynəlxalq marağın ildən ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir: “Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Bu coğrafiya ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir. Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən daha bir önəmin göstəricisi nüfuzlu dövlətlərin rəhbərlərin təbrik məktublarıdır. Bu xüsusda ABŞ Prezidenti Cozef Baydenin məktubunu da xatırlatmaq zəruridir. Nəzərə alaq ki, bir həftə ərzində ABŞ Prezidenti Azərbaycana ikinci məktubunu göndərir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərib. C.Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edən dairələrə də tutarlı cavabdır. Bu əlaqələri pozmağa çalışan erməni lobbisi məqsədlərinə nail olmadı. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək”.

Paylaş:
Digər xəbərlər

Siyasət

4-06-2024, 10:46

Prezident İlham Əliyev: Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir

Siyasət

4-06-2024, 10:43

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında iştirak edir YENİLƏNƏCƏK

Siyasət

5-06-2024, 10:27

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib YENİLƏNİB

İqtisadiyyat

29-09-2023, 23:31

Azərbaycan və Türkiyə külək enerjisi layihəsinin hazırlanması üzrə yol xəritəsini imzalayıb

Cəmiyyət

27-03-2024, 10:31

“Yaşıl dünya naminə həmrəylik ili” qlobal müzakirələrə ən yaxşı töhfə olacaq

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • Сегодня, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Сегодня, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • Сегодня, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • Сегодня, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • Сегодня, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • Сегодня, 12:30
    "ADEX 2026" davam edir
  • Сегодня, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • Сегодня, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • Сегодня, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • Сегодня, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • Сегодня, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • Сегодня, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • Вчера, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • Вчера, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • Вчера, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • Вчера, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • Вчера, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:46
    Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub
  • 29-09-2026, 11:58
    Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
  • 29-09-2026, 11:55
    AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur
  • 29-09-2026, 11:52
    Bu gün Ümumdünya Ürək Günüdür
  • 28-09-2026, 14:20
    DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
  • 28-09-2026, 14:16
    Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir
  • 28-09-2026, 14:13
    Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər
  • 28-09-2026, 14:10
    Vətən müharibəsinin xronikası: 28 sentyabr
  • 28-09-2026, 14:06
    "Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
  • 27-09-2026, 11:22
    Bir dəqiqəlik sükut, əbədi ehtiram...
  • 27-09-2026, 11:07
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 10:56
    Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb
  • 26-09-2026, 09:44
    Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə