• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından bəhs edən broşürün təqdimatı olub

Siyasət

5-06-2024, 18:31

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyev: Xarici siyasət uğurları - 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev broşürdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il ərzində aparılan xarici siyasət, səfərlər, görüşlər və reallaşdırılan beynəlxalq layihələrin, bir sıra məsələlərin sistemli formada əksini tapdığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “İkinci Qarabağ müharibəsinin nəticələri və 20 il ərzində ordu quruculuğu, xarici siyasət istiqamətində atılan addımlar broşürdə qeyd olunub. Biz Qarabağ məsələsini döyüş meydanında həll etmişik. Amma qeyd etmək lazımdır ki, müharibə zamanı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana hər hansı irad irəli sürülməmişdi. Müharibənin dayandırılması ilə bağlı çağırışlar səsləndirilsə də, ölkəmizə qarşı ciddi təzyiqlər baş vermədi. Bunun səbəbləri 90-cı illərdə qəbul edilmiş qətnamələr, həmçinin 2003-cü ildən indiyədək diplomatik müstəvidə atılan ardıcıl addımlar oldu. Azərbaycan bu müstəvidə çox fəal iş aparıb”, - deyə BMTM-in sədri qeyd edib.

Broşür barədə məlumat verən BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Tarixi zəfərə gedən yol - Azərbaycan xarici siyasətinin ən böyük uğuru” mövzusunda çıxış edib. Bildirib ki, İkinci Qarabağ müharibəsinə aparan səbəblər, beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti, Ermənistanla aparılan danışıqlar, hərbi-siyasi balansın Azərbaycanın xeyrinə dəyişməsi broşürdə ətraflı qeyd edilib. M.Məmmədli vurğulayıb ki, 2018-ci ildən sonra Ermənistan hakimiyyətinin atdığı addımlar və verdiyi bəyanatlar münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını göstərdi.

“Azərbaycan 44 gün ərzində torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu müddət ərzində Azərbaycan Ermənistanla yalnız hərbi cəbhədə deyil, həm də informasiya, siyasi-diplomatik müstəvidə mübarizə aparıb. Bu cəbhələrin hər birində Azərbaycan həm haqlı, həm də güclü olduğuna görə tarixi Zəfərini əldə edib. 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri ilə ərazilərimiz üzərində tam suverenliyimiz bərqərar oldu. Azərbaycan bu gün postsovet məkanında oxşar problemlərlə üzləşən dövlətlər arasında ilk dövlətdir ki, öz ərazi münaqişəsini həll edib”, - deyə o vurğulayıb.

Daha sonra BMTM-in şöbə müdiri Vasif Hüseynov “Azərbaycanın çoxvektorlu xarici siyasəti və beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib. V.Hüseynov qeyd edib ki, Azərbaycan uğurlu balanslı, çoxvektorlu xarici siyasət yürüdür və beynəlxalq analitiklərin də şərhləri bu istiqamətdədir.

“Xarici siyasətimizdə neytrallıq və qoşulmama prinsipləri təməl prinsiplər kimi nəzərdə tutulub. Ümumi geosiyasət alimləri, diplomatlar “böyük güc”lərin arasında yerləşən Şərqi Avropa və Cənubi Qafqazdakı postsovet dövlətləri üçün bunu ən optimal strategiya kimi tövsiyə ediblər. Azərbaycan çoxvektorlu və balanslı xarici siyasət nəticəsində Şərq və Qərb arasında körpü olmağı bacarıb. Bu, çoxlarının xəyal etdiyi, lakin nail ola bilmədiyi uğurdur”, - deyə şöbə müdiri diqqətə çatdırıb.

Daha sonra BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycanın uğurlu enerji strategiyası və yaşıl iqtisadiyyata keçid” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət və imzalanan enerji müqavilələri enerji siyasətində yeni mərhələdən xəbər verir. O deyib: “Bu da bərpaolunan enerjiyə sürətli keçidi və iqtisadiyyatda onun payının daha da artırılmasını nəzərdə tutur. COP-29, müvafiq sazişlərin imzalanması Azərbaycanı artıq regionda lider dövlətə çevirib və gələcəkdə Azərbaycan öz imkanlarından yararlanaraq yaşıl enerji mənbələrini Avropa bazarlarına ixrac edəcək. COP-29 platforması Azərbaycan üçün həm iqtisadi, həm enerji, həm də sülh platformasıdır”.

Qeyd edək ki, BMTM heyəti tərəfindən hazırlanan broşür 2003-2023-cü illər ərzində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və qlobal təşəbbüslər və donor ictimaiyyətinin üzvü kimi rolu, enerji strategiyası, nəqliyyat layihələri, İkinci Qarabağ müharibəsi və Azərbaycanın sülh təşəbbüsləri istiqamətləri üzrə sistemli məlumatları özündə birləşdirir.

Paylaş:
Digər xəbərlər

Siyasət

13-01-2024, 11:40

Yerli televiziya kanalları ilə ənənəyə çevrilən yanvar görüşü - EKSPERT

Siyasət

28-11-2023, 15:15

SPECA-nın Zirvə görüşü Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində yeni mərhələnin başlanğıcı oldu - ŞƏRH

Siyasət

4-11-2023, 16:18

Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi ŞƏRH

Cəmiyyət

8-05-2024, 18:32

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Siyasət

16-12-2023, 16:27

“Diplomatik Protokol Bələdçisi” təqdim olunub 16.12.2023 [16:10] A+ A-

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • Сегодня, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Сегодня, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Сегодня, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Сегодня, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Сегодня, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Сегодня, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Сегодня, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • Вчера, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • Вчера, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • Вчера, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə