• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH

Siyasət

20-07-2024, 10:10

Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı münaqişəni bitmiş hesab edir və sülh təşəbbüsü ilə çıxış edib. Ermənistanla sülh müqaviləsi imzalanmasa da, işğal altındakı kəndlərimizin 4-ü qaytarılıb və sərhədlərin demarkasiyası ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Bu göstərir ki, Azərbaycan həqiqətən də sülh tərəfdarıdır və hərbi gücdən istifadə etməklə hansısa problemi həll etmək niyyətində deyil. Belə olan halda Fransanın “gözlənilən təhlükə” bəhanəsi ilə Ermənistanı silahlandırması və Prezident Emmanuel Makronun buna bəraət qazandırması heç cür başadüşülən deyil.

Bu sözləri açıqlamasında politoloq Ramiz Alıyev Fransa Prezidenti Emmanuel Makronun Londonda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində keçirilən mətbuat konfransında “Ermənistanı silahlandırmağımız normaldır” fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransanın Ermənistanı silahlandırması və bunu mücərrəd səbəblərlə “əsaslandırması” müəyyən dövlətçilik tarixi olan bir ölkənin rəhbəri üçün qəbuledilməzdir və bu yanaşma Parisin hələ də kolonializm siyasətini davam etdirdiyinin göstəricisidir: “Makron bildirib ki, “silahlanmaq istəyən suveren ölkənin başqa dövlətin təcavüzünə məruz qala biləcəyini hiss edərək onun müraciətinə cavab vermək normaldır”. Məgər Fransa kimi bir ölkənin iqtidarı, beyin mərkəzləri Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumunu analiz etmək qabiliyyətindən məhrum olublar? Azərbaycan Prezidenti İlham Əliyevin “münaqişə bitib, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur” fikirləri onlara aydın deyil. Paşinyan əgər qorxursa, gecələr narahat yatırsa, bu, Bakının günahı deyil və E.Makronun da elə bir mistik qabiliyyəti yoxdur ki, N.Paşinyanın içindəki qorxunu aradan qaldırsın. Təəssüflər olsun ki, artıq tarixə gömmüş ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa hələ də Azərbaycanın qələbəsini qəbul edə, yaratdığı reallıqlarla barışa bilmir. Makron bildirib ki, Azərbaycan son on ildə Ermənistandan qat-qat yaxşı silahlanıb. “Yanılmıramsa, 2020-ci ildə dəhşətli müharibəyə məhz Azərbaycan başlayıb” deyən Fransa Prezidentinə demək lazımdır ki, həqiqətən də yaddaşı onu aldadır. Azərbaycanın 20 faiz torpağını 30 ilə yaxın işğal altında saxlayan, qoşunların Qarabağdan çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsini icra etməyən Ermənistan zəbt etdiyi ərazilərin bir qarışını belə könüllü qaytarmaq niyyətində olmayıb. Ermənistanın 30 il davam edən işğalına son qoymaq, ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Biz hərbi gücümüzü başqasının ərazisini işğal etmək üçün deyil, öz suverenliyimiz naminə gücləndirmişik. Bu gün bütün dünya, hətta Ermənistanın özü 86.6 min kvadratkilometrlik Azərbaycan ərazisini tanıyır. Belə olmasaydı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar yaradılmazdı, sərhəddə dirəklər basdırılmazdı. Ermənistan bunu 2020-ci ilə qədər edə bilməzdimi? Bəs bu gün Ermənistana yeni hücum silahları nə üçün lazımdır? Azərbaycanın böyük bir ərazisini xarabalığa çevirən, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan bir dövlət Makron tərəfindən sülhsevər ölkə kimi təqdim edilir. Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri bu ölkənin ləkəli beynəlxalq nüfuzunu daha da zədələyir”.

R.Alıyev əlavə edib ki, Fransanın Ermənistanı silahlandırması heç də onların erməni sevgisindən və tək Azərbaycana nifrətindən qaynaqlanmır: “Ermənistan İran və Rusiyaya qarşı poliqona çevrilir. Çinin Avropaya uzanan yolu üzərində Ermənistandan şlaqbaum kimi istifadə etməyə çalışırlar. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın da qeyd etdiyi kimi, Qərb dövlətləri Ermənistandan bir dəfə istifadə edib, lazımsız məhsul kimi tullayacaqlar. Fransanın Ermənistan siyasəti, həmçinin güclənməkdə olan Türk dünyasının əlaqələrini zəiflətmək, Türkiyəyə yeni problemlər yaratmaq məqsədi də güdür. İrəvan-Paris “mehriban bacıları”nın təhlükəli oyunları, antitürk, antiislam siyasətləri Ermənistana baha başa gələcək.

Paris Ermənistanın qonşuları ilə münasibətlərini nizama salmasını tormozlayır, inteqrasiyasını ləngidir. Eyni zamanda, Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır. Emmanuel Makron Azərbaycanın 2020-ci ildə müharibəyə başlama səbəblərini unuda bilər. Amma Fransa tarixi keçmişini – müstəmləkəçilik siyasətini heç vaxt unutmamalıdır. Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransa bu gün xalqların müstəqillik ideyalarını boğur, azadlıqlarını əllərindən alır. Ötən gün Bakıda Korsika, Karib hövzəsi və Yeni Kaledoniya kimi Fransa koloniyalarının müstəqilliyini müdafiə edən qüvvələrin bir araya gəlməsi və Beynəlxalq Azadlıq Cəbhəsi yaratmaları Parisə ciddi siqnal olmalıdır. Paris repressiya yolu ilə adanın müstəqillik hərəkatını zəiflətsə də, onun kökünü kəsə bilməyib. Göründüyü kimi, Fransa Cənubi Qafqaza öldürücü silahlar göndərir, yeni qanlı müharibə üçün zəmin hazırlayır, Bakı isə əskinə. Fransanı hələ də müstəmləkə altında saxladığı xalqlara azadlıq, müstəqillik verməyə dəvət edir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2024, 10:31

XİN: Makronun Azərbaycana qarşı qərəz nümayiş etdirməsi regionda gərginlik yaradır

Siyasət

13-11-2023, 16:22

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı - ŞƏRH

Siyasət

21-01-2024, 17:23

Fransanın regionumuza soxulması və burada möhkəmlənməsi üçün hərbi-siyasi resursları yoxdur - Deputat

Siyasət

26-11-2023, 20:44

Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır - ŞƏRH

Siyasət

15-04-2024, 16:48

Fransanın Ermənistana dəstək bəhanəsi ilə regiona daxil olmaq cəhdi ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • Вчера, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • Вчера, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • Вчера, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • Вчера, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • Вчера, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
  • 8-08-2026, 13:46
    Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi
  • 8-08-2026, 13:38
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 7-08-2026, 15:20
    Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
  • 7-08-2026, 15:18
    Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə