• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

XİN Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb

Siyasət

20-09-2025, 12:53

Bakı, 20 sentyabr.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur. 2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.
Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Silahlı Qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və Silahlı Qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.
Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma “prezident seçkiləri”, eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.
Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdi.
2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturları sentyabrın 1-də ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi.
Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir.
Bu tarixi əhəmiyyətli gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-09-2024, 13:10

Müdafiə naziri: Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin edib

Cəmiyyət

20-09-2025, 12:42

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Cəmiyyət

6-09-2024, 22:01

Anar Eyvazov: Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi

Siyasət

19-09-2024, 10:40

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib - SƏRƏNCAM

Siyasət

20-09-2024, 09:33

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə