• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir

Cəmiyyət

18-05-2026, 14:16

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir
18.05.2026.
MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir
Bakı, 18 May.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2026/2027-ci tədris ili üçün magistraturaya qəbul elan edir.

Hazırlıq istiqamətləri və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakültəsi

7002006 Filologiya

15

11

4

Təhsil proqramı “Dilşünaslıq” (rus dili)

4

3

1

Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus dili ədəbiyyatı)

3

2

1

Təhsil proqramı “Dilşünaslıq” (fransız dili)

4

3

1

Təhsil proqramı “Dilşünaslıq” (ispan dili)

4

3

1

Tətbiqi riyaziyyat fakültəsi

7005009 Kompüter elmləri (təhsil proqramı “Riyazi modelləşdirmə”)

6

5

1

Kimya fakültəsi

7005008 Kimya

9

6

3

Təhsil proqramı “Üzvi kimya”

3

2

1

Təhsil proqramı “Fiziki kimya”

3

2

1

Təhsil proqramı “Neft kimyası”

3

2

1

Psixologiya fakültəsi

7002013 Psixologiya

16

12

4

Təhsil proqramı “İnkişaf psixologiyası”

8

6

2

Təhsil proqramı “Sosial psixologiya”

8

6

2

İqtisadiyyat fakültəsi

7004008 Menecment Təhsil proqramı “Qlobal menecment və siyasət” (“Beynəlxalq biznes”)

12

10

2

Fizika fakültəsi

7005005 Fizika

8

6

2

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

4

3

1

Təhsil proqramı “Nanohissəciklər fizikası”

4

3

1

Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialın magistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında 55 və daha artıq bal toplamalıdırlar.

Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul imtahanlarında topladıqları ballar və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi müsahibədən uğurla keçdikdən sonra DİM-in keçirdiyi test imtahanında iştirak etmədən Filialın qəbul imtahanlarına buraxılırlar.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün magistraturada illik təhsil haqqı 2500 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik 1800 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir. Bu nəticələr yalnız müsahibədən uğurla keçdikdən sonra Filial tərəfindən təşkil olunan qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumi müsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının fakültələrindən birinə qəbul oluna bilərlər.

“Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrə magistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsil proqramı üzrə iştirak edə bilər. Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasında göstərməlidir (əsas prioritet ixtisası əvvəldə göstərilməlidir). Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsas prioritet üzrə təhsil proqramına qəbul olunan şəxs digər təhsil proqramlarına üzrə müsabiqədən çıxarılır. Əsas prioritet üzrə təhsil proqramına qəbul olunmayan şəxs isə göstərdiyi prioritet siyahısına uyğun olaraq digər təhsil proqramları üzrə ümumi müsabiqədə iştirakını davam etdirir.

“Filologiya” istiqaməti üzrə magistraturaya qəbul olmaq istəyən şəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaq haqqında ərizə verə bilər.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura pilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu 18 may – 22 iyun 2026-cı il tarixlərində elektron qaydada keçiriləcək (qeydiyyat 12:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.edu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.

Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİ seriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqında sənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması haqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.

Müsahibənin keçirilmə formatı əyanidir (rus dilində). Müsahibə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında (müsahibənin keçirilmə vaxtı: 23 iyun 12:00-da , saat 10.00-da keçiriləcək imtahan məsləhətindən sonra) olacaqdır. Müsahibədən keçməyən şəxslər qəbul imtahanlarına buraxılmır.

İmtahanın keçirilmə formatı əyanidir. İmtahan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcək. İmtahana gələn şəxs özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulu tarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakı filialının saytında yerləşdirilir.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:

Fakültə, hazırlıq istiqaməti, təhsil proqramı

Qəbul imtahanı

Tarix

7002006

Filologiya fakültəsi

Təhsil proqramı “Dilşünaslıq”

(rus dili)

Filologiya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Ədəbiyyatşünaslıq”

(rus dili ədəbiyyatı)

Filologiya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(fransız dili)

Filologiya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(ispan dili)

Filologiya (yazılı)

24 iyun (10:00)

Tətbiqi riyaziyyat fakültəsi

7005009

Təhsil proqramı “Riyazi modelləşdirmə”

Riyaziyyat (yazılı)

24 iyun (10:00)

Kimya fakültəsi

7005008

Təhsil proqramı “Üzvi kimya”

Kimya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Fiziki kimya”

Kimya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Neft kimyası”

Kimya (yazılı)

24 iyun (10:00)

7002013

Psixologiya fakültəsi

Təhsil proqramı “İnkişaf psixologiyası”

Psixologiya (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Sosial psixologiya”

Psixologiya (yazılı)

24 iyun (10:00)

İqtisadiyyat fakültəsi

7004008

Təhsil proqramı “Qlobal menecment və siyasət” (“Beynəlxalq biznes”)

Menecment (yazılı)

24 iyun (10:00)

Fizika fakültəsi

7005005

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

Fizika (yazılı)

24 iyun (10:00)

Təhsil proqramı “Nanohissəciklər fizikası”

Fizika (yazılı)

24 iyun (10:00)

Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adına verilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdə həyata keçirilir.

Magistratura proqramları üzrə təhsil üçün qəbul olmaq haqqında şəxsi ərizəyə qeydiyyatdan keçdikdən sonra müsahibədə iştirak üçün aşağıdakılar əlavə edilməlidir (sənədlər pk@msu.edu.az elektron poçtuna göndərilməlidir):

• şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;

• ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi (diplom olmadığı halda qəbul olmaq istəyən şəxs MDU-nun Bakı Filialının məzunu deyilsə, magistraturaya qəbul üçün təhsil aldığı universitetdən verilmiş arayışı pk@msu.edu.az elektron poçtuna göndərməlidir)

• 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);

• xasiyyətnamə:

a) məzunlara-universitetinin dekanlığından;

b) işləyənlərə-iş yerindən;

c) işləməyən şəxslərə-yaşayış yerindən.

• • “ASAN xidmət” mərkəzlərindən məhkumluğun olmaması barədə arayış AR vətəndaşları üçün (AR vətəndaşlığı olmayan şəxslər üçün — yaşayış yerindən);

• Sağlamlıq haqqında arayış (forma 086) ;

• hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün).

Ulduzla işarələnmiş növbəti üç arayışı tədris ilinin əvvəlində “M.V.Lomonosov adına MDU-nun Bakı filialının yataqxanasında daxili nizam-intizam qaydalarına” uyğun olaraq yaşayış hüququna malik qəbul olunmuş magistrantlar təqdim etməlidirlər. Arayışlar ödənişsizdir və mütləq şəkildə göstərilən ünvanlardan alınmalıdır:

• * Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda flüoroqrafiya müayinəsindən keçmə haqqında arayış. Ünvan: Bakı ş., Nizami r., M.Şərifli küçəsi, 163;

• * Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən arayış. Ünvan: Bakı ş., Nərimanov r., İ. Hidayətzadə küçəsi, 16;

• * Bakı Şəhər Narkoloji Mərkəzdən arayış. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 229.

Aşağıdakı məlumata diqqət yetirməyinizi xahiş edirik:

1. Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər.

2. Şəxsi işin formalaşdırılması zamanı Filial tərəfindən yuxarıda göstərilməyən əlavə arayışlar tələb oluna bilər.

3. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları və metodlarından geniş istifadə edilir.

4. Təhsil rus dilində, əyani və gündüzdür. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

5. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu verilir.

6. “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteri daşıyır. Magistrantlar ayrı-ayrı trimestrlər çərçivəsində Moskvada təhsil alırlar.

7. “Kimya” hazırlığı istiqaməti üzrə magistr dissertasiyası MDU-nun Kimya fakültəsində Moskva şəhərində yerinə yetirilir.

8. “Filologiya” hazırlığı istiqaməti üzrə magistrantlar üçün xaricdə yay dil təcrübəsi nəzərdə tutulmuşdur.

E-mail: pk@msu.edu.az

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-11-2024, 18:09

Azərbaycan və Çin universitetləri magistratura üzrə ikili diplom proqramı imzalayacaq

Cəmiyyət

6-02-2025, 10:45

Macarıstan gənc tədqiqatçılar və yeni məzunlar üçün təqaüd proqramı elan edir

Cəmiyyət

15-04-2026, 12:13

Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbuluna başlanılır

Cəmiyyət

17-04-2024, 10:42

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Cəmiyyət

5-07-2024, 10:26

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə