Qarabağ iqtisadi rayonunda yerləşən N saylı hərbi hissələrdə hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirilib.
Gəncə Qarnizonunu İdeoloji və Mədəniyyət Mərkəzindən bölgə müxbirinə bildirilib ki, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycan tarixinin XIX-XX əsrlər dövrü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı söhbətlər aparılıb.
Hərbi qulluqçuların mövzu ilə bağlı sualları cavablandırılıb, xatirə şəkilləri çəkdirilib.