Lənkəranda zəlzələ olub.
Yerli vaxtla saat 17:23-də Lənkəranda zəlzələ qeydə alınıb. Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib.
17:39
Mayın 11-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verilir ki, yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 5.2-yə bərabər olub.
Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.