• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Cəmiyyət

26-06-2024, 10:23

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu
25.06.2024 [18:42]
Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu
Bakı, 25 iyun

Ötən il Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda dövlətimizin başçısı İlham Əliyev beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paraddakı çıxışında “Gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” çağırışını xatırlayaraq böyük qürur hissi ilə bildirdi ki, bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində aparılan bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Düşmən ordusu Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü. Özlərinin də etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olub. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş ruhunun yüksək səviyyədə olmasının təqdimatı idi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun bu günü və gələcəyi ilə bağlı möhkəm təməlin yaradılması Zəfərlərimizi şərtləndirən mühüm amillər sırasındadır. 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət göstərdiyi sahələrdən biri məhz ordu quruculuğu oldu.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı: “1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi”.

Deputat vurğulayıb ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir: “Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün tam təmin edilməsi qarşıda dayanan əsas hədəf idi. Azərbaycan 30 illik işğal dövründə münaqişənin sülh danışıqları əsasında nizamlanmasına səy göstərdi. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu halda dünyanın ikili standartlara əsaslanan siyasəti münaqişənin həlli prosesinin uzanmasına, sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Otuz illik işğal dövründə Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atdı. Tarixi Zəfərimizə qədər Azərbaycan Silahlı Qüvvələri mühüm uğurlar əldə etdi. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qələbəmiz Ermənistan silahlı qüvvələrinə dərs olmadı. İşğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Azərbaycan Ordusu Ermənistan ordusuna tarixdə unuda bilməyəcəyi dərsi verdi. Otuz ilin işğalına son qoyulması Silahlı Qüvvələrimizin gücünün, torpaq, Vətən sevgisinin təqdimatı oldu”.

Malik Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu: “Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə Ordumuzda yeni təyinatlı komando hərbi hissəsi yaradıldı. Dövlətimizin başçısı bildirir ki, Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, ordumuzun gücünü böyük dərəcədə artıracaq. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda bu gün Azərbaycan Bayrağının dalğalanması, bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda dünyaya müasir şəhərsalma təcrübəsinin təqdim edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı hər birimizi qürurlandırır: “30 illik işğal dövründə ifadə olunan “Tezliklə torpaqlarımız azad ediləcək, Şuşada, Xankəndidə üçrəngli Bayrağımız dalğalanacaq” arzusu reallığa çevrilməklə yanaşı, bu ərazilər cənnət məkana çevrilir, sakinlərini qarşılayaraq yeni həyata başlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü, qüdrətli Azərbaycan Ordusuna minnətdarıq. Prezident İlham Əliyev suverenliyimizin tam bərpasından sonra yeni dövrün uğurla başladığını və uğurla davam edəcəyini bildirərək bu çağırışı da səsləndirir ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun daha da gücləndirilməsidir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

4-11-2023, 16:18

Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi ŞƏRH

Siyasət

8-12-2023, 09:15

Dünyaya səs salan Zəfər paradı

Gündəm / Siyasət

8-11-2023, 12:19

Xankəndi şəhərində Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

Siyasət

21-12-2023, 23:13

Prezident: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq”

Siyasət

7-12-2023, 10:47

Azadlıq meydanına Zəfər yaraşır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 21:07
    Azərbaycan ordusu Qafqazın ən müasir ordusudur
  • Сегодня, 16:22
    Radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə davam edir
  • Сегодня, 16:20
    Xətai rayonunda 55 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Сегодня, 16:16
    Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər
  • Сегодня, 16:12
    Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub
  • Сегодня, 16:07
    Azərbaycan Ordusu – 108 illik şanlı yol və Zəfər tarixi
  • Сегодня, 10:12
    ® “Baku Steel Company” V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
  • Сегодня, 10:09
    Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb
  • Сегодня, 10:08
    “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
  • Сегодня, 09:07
    Bu gün dənizçilərin peşə bayramıdır
  • Вчера, 18:45
    Bakıda probasiya qeydiyyatında olan şəxslərə hüquqi yardım göstərilib
  • Вчера, 18:43
    Beynəlxalq axtarışda olan Qırğızıstan vətəndaşı ölkəsinə təhvil verilib
  • Вчера, 18:42
    Dövlət sərhədini pozaraq ölkə ərazisinə keçməyə cəhd göstərən PUA zərərsizləşdirilib
  • Вчера, 18:37
    Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Вчера, 18:34
    Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
  • Вчера, 18:34
    Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
  • Вчера, 10:02
    Yüksək qan təzyiqinin gizli təhlükəsi aşkarlanıb
  • Вчера, 10:00
    İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • Вчера, 09:58
    İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib
  • 23-06-2026, 15:46
    ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək
  • 23-06-2026, 15:42
    Azərbaycan nefti 80 dollara satılır
  • 23-06-2026, 15:38
    Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir
  • 23-06-2026, 15:35
    Kimlərə əmək müqaviləsi bağladıqdan sonra altı ay keçmədən də məzuniyyət verilir?
  • 23-06-2026, 15:29
    Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
  • 23-06-2026, 15:26
    Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
  • 22-06-2026, 16:45
    Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər
  • 22-06-2026, 16:43
    Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
  • 22-06-2026, 16:41
    Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib
  • 22-06-2026, 16:36
    Xəzər dənizində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb, digərlərinin axtarışı davam etdirilir
  • 22-06-2026, 14:21
    İnfarkt və insultdan necə qorunmalı? – Mütəxəssis tövsiyələri
  • 22-06-2026, 14:15
    İƏT üzvü olan dövlətlərin parlamentləri arasında koordinasiyanın gücləndirilməsi müzakirə olunub
  • 22-06-2026, 14:12
    Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?
  • 22-06-2026, 14:10
    Bakı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir
  • 22-06-2026, 14:03
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
  • 22-06-2026, 13:59
    Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə