• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BDU-105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə

Cəmiyyət

13-09-2024, 11:12

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
BDU-105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə
13.09.2024 [10:48]
Bakı, 13 sentyabr.
Bakı Dövlət Universitetinin (BDU) köklü fakültələrindən olan Mexanika-riyaziyyat fakültəsi Fizika-riyaziyyat fakültəsinin bazasında (1920-1921) yaradılıb. Mexanika-riyaziyyat fakültəsi 1958-1959-cu tədris ilində müstəqil fakültəyə çevrilib. Bu fakültə riyaziyyat, mexanika və tətbiqi riyaziyyat üzrə elmi məktəblərin yaranmasında, bu sahədə peşəkar kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.

BDU-dan bildirilib ki, respublikada riyaziyyat və mexanika elminin inkişafında neft sənayesinin, kibernetika və informatika sahələrinin çox böyük rolu olub. Rusiya və Ukraynanın tanınmış mexanik və riyaziyyatçı alimləri Aleksandr Buxştab, Yaroslav Lopatinski, Aleksandr Kovanko, Boris Rozenfeld, Vladimir Tartakovskinin dəvət olunması riyaziyyat və mexanika elmlərinin formalaşmasına təkan verib. Rusiyada təhsil almış ilk pedaqoq riyaziyyatçılar Məmməd Əfəndiyev və Mikayıl Xıdırzadə yüksəkixtisaslı milli kadrların hazırlanmasında mühüm xidmətlər göstəriblər. Ölkədə milli riyaziyyatçılar nəslinin yetişdirilməsində riyaziyyatçı alimlər Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədovun da rolu çox böyükdür.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi, ali təhsil sahəsində də əsaslı dəyişikliklər baş verdi. Həmin yeniliklərdən ən mühümü azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün göndərilməsi idi. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə elə BDU-dan da onlarla gənc riyaziyyatçı keçmiş SSRİ-nin qabaqcıl elmi mərkəzlərinə və təhsil ocaqlarına göndərildi. Bu dövrdə onlarla elmlər doktoru və elmlər namizədi yetişdi, respublikada yeni elmi məktəblər yarandı. Bu riyaziyyatçılar nəinki Azərbaycanda, dünyanın qabaqcıl universitetləri və elmi mərkəzlərində çalışıblar. Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Mexanika-riyaziyyat fakültəsinin bir sıra kafedralarının bazasında Tətbiqi riyaziyyat və kibernetika fakültəsi təşkil olundu.

XX əsrin ortalarından başlayaraq fakültədə funksional və riyazi analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri, funksiyalar nəzəriyyəsi, hesablama riyaziyyatı, ehtimal nəzəriyyəsi, həndəsə, harmonik analiz, funksional fəzaların daxilolma nəzəriyyəsi, diferensial operatorların spektral nəzəriyyəsi, tərs məsələlər, optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələləri, xüsusi törəməli diferensial tənliklər üçün başlanğıc və sərhəd məsələləri, çoxobrazlılar, deformasiya olunan bərk cisim mexanikası sahələrində tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib. Akademiklər Zahid Xəlilov funksional analiz, Əşrəf Hüseynov qeyri-xətti sinqulyar inteqral tənliklər, İbrahim İbrahimov funksiyalar nəzəriyyəsi, Məcid Rəsulov diferensial tənliklər, Azad Mirzəcanzadə tətbiqi mexanika və neft mədəni işləri, AMEA-nın müxbir üzvləri Yusif Əmənzadə elastiklik, Qoşqar Əhmədov optimal idarəetmə, Arif Babayev sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün sərhəd məsələləri, Yəhya Məmmədov hesablama riyaziyyatı, Maqsud Cavadov həndəsə və riyaziyyatın tədrisi metodikası, Mirabbas Qasımov diferensial operatorların spektral nəzəriyyəsi və tərs məsələlər sahələrinin yaradıcıları olublar.

Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris Azərbaycan, ingilis və rus dillərində olmaqla əyani və qiyabi formada təşkil olunub. Bakalavriatura səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Mexanika” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Magistratura səviyyəsində isə 10 ixtisaslaşma – “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “Riyazi analiz”, “Funksional analiz”, “Diferensial tənliklər”, “Həndəsə”, “Cəbr”, “Hesablama riyaziyyatı”, “Optimal proseslərin riyazi nəzəriyyəsi”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye, qaz və plazma mexanikası” üzrə kadrlar hazırlanır. Fakültədə doktoranturaya “Cəbr, “Analiz və funksional analiz”, “Həndəsə”, “Ədədi analiz”, “Topologiya”, “Diferensial tənliklər”, “Dinamik sistemlər və optimal idarəetmə”, “Deformasiya olunan bərk cism mexanikası”, “Maye, qaz və plazma mexanikası” ixtisaslarına qəbul aparılır.

Hazırda fakültədə 2 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 64 nəfər fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim çalışır.

Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edir, əməkdaşların beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda məqalələri nəşr olunur. Müəllimlər, doktorantlar, magistrantlar ölkə, eləcə də beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, seminar və ustad dərsləri təşkil olunur.

Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların beynəlxalq və respublika elmi konfransları, riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadası keçirilir. Bu il olimpiada qalibləri - Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında da böyük uğura imza atıblar. Belə ki, Vüqar Quliyev olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.

Mexanika-riyaziyyat fakültəsində 9 kafedra (Riyazi analiz kafedrası, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Cəbr və həndəsə kafedrası, Diferensial və inteqral tənliklər kafedrası, Hesablama riyaziyyatı kafedrası, Riyaziyyat və onun tədrisi metodikası kafedrası, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Ali riyaziyyat kafedrası) fəaliyyət göstərir. Fakültə yarandığı gündən Moskva Dövlət Universiteti, Steklov adına Riyaziyyat İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Sankt-Peterburq Riyaziyyat İnstitutu, İstanbul Texniki Universiteti, Rostov Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti və digər universitetlərlə səmərəli elmi əməkdaşlıq edir. Mexanika-riyaziyyat fakültəsinin tələbələri tələbə təşkilatlarında, elm klublarında fəal iştirak edirlər. Tələbə təşkilatlarındakı fəaliyyətlər tələbələrimizin yeni mühitə uyğunlaşmalarına, istedadlarını üzə çıxarmağa, universitetdə və onun hüdudlarından kənarda qeyri-standart layihə və yaradıcı ideyalarını həyata keçirmələrinə kömək edir. Təhsil müddətində həyata keçirilən əlavə tədbirlər fakültə tələbələrinin əmək bazarında şanslarını artırır, onlara dəyərli peşəkar təcrübə qazandırır.

Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” kimi tələbə təşkilatları fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatının nəzdində “Xarici dil klubu”, “Məntiq klubu” yaradılıb. Klubun məqsədi tələbələrin qarşılıqlı müzakirələr apararaq natiqlik və özünüifadə qabiliyyətlərini inkişaf etdirməkdir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-01-2024, 16:43

Son 5 ildə “Scopus”da ən çox elmi işi dərc olunan institutların adları açıqlanıb

Cəmiyyət

10-07-2024, 16:45

BDU tələbələri Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər

Cəmiyyət

11-06-2024, 10:37

AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət

6-08-2024, 21:34

BDU tələbələri Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edirlər

Cəmiyyət

6-08-2024, 14:24

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində üç ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə