• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

Cəmiyyət

14-09-2024, 15:01

Türk dünyasında ortaq əlifbanın qəbulu ilə bağlı fəaliyyət ortaq dil və mədəniyyətlərimizin daha da yaxınlaşması baxımından olduqca mühüm layihədir. Ortaq əlifbanın mənimsənilməsi, türk xalqları arasında əlaqəni gücləndirəcək və ortaq mədəni dəyərlərin qorunmasına xidmət edəcək. Bu, həm də SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan və daima birliyimiz uğrunda mübarizə aparan türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək. Ümumiyyətlə, ortaq əlifbaya olan ehtiyac uzun illər hər platformada xalqlarımız tərəfindən dilə gətirilən ən mühüm məsələlərdən biri olub. Uzun illərdən sonra türk dövlətləri arasında əlifba və terminologiya birliyinin təmin edilməsi Türk Dövlətləri Təşkilatının (TDT) təsis edildiyi İstanbuldakı Liderlər Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində də yer alıb. Bununla da, yenidən gündəmə gələn ortaq əlifbanın qəbulu ölkələrimiz arasında çətir rolunu oynayan TDT-nin xalqlarımız arasında uzun illər hər sahə üzrə qopmuş əlaqələrin sürətli bərpası istiqamətində atılan mühüm addımlardan biri oldu.

Hər mədəniyyətin təməli dil, dilin təməli isə hərfdir. Bu baxımdan ortaq əlifba ortaq mədəni irsimizin ən vacib hissələrindən olan ədəbiyyatımızın xalqlarımızın hər bir fərdi tərəfindən rahatlıqla oxunub öyrənməsinin də təməlidir ki, bu da qeyd olunan inteqrasiyanın əsasını təşkil edir.

Bu fikirləri müsahibəsində Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı və Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce bildirib.

Bu il fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti haqqında danışan müsahibimiz deyib: “Uzun və yorucu işin nəticəsi olaraq bu il Türkiyə-Azərbaycan Universiteti ilk tələbələrini qəbul edəcək. Bu ali təhsil müəssisəsinin tələbə qəbuluna başlaması iki ölkə arasındakı əlaqələrin daha da güclənməsi baxımından olduqca mühüm hadisədir. Bundan sonrakı mərhələdə universitetin fəaliyyətinin hər iki ölkənin aidiyyəti qurumları tərəfindən yüksək səviyyədə dəstəklənməsi vacibdir”.

Türk Dövlətləri Təşkilatının ali təhsil sahəsi üzrə lokomotivi rolunu oynayan bu universiteti iki ölkə arasında təhsil sahəsində ən konkret layihə kimi qiymətləndirən professor bildirib: “Türkiyə-Azərbaycan Universiteti ilə bağlı gözləntilər olduqca yüksəkdir və bu, universitetə müəyyən öhdəliklər verir. Bu öhdəliklərin əsasını isə regionun ali təhsilinə rəhbərlik edəcək və cazibə mərkəzinə çevriləcək təhsil bazası yaradaraq xüsusilə mühəndislik və tibb sahəsi üzrə yeni sistem modeli ortaya qoymaqdır. Bu sistemə uyğun insan resursu yetişdirmək də yeni ali təhsil müəssisəsinin fəaliyyətinin təməl prinsiplərindən birini təşkil edəcək. Bundan əlavə, bu universitet Türk dünyasının təhsil sahəsində əməkdaşlığını daha da inkişaf etdirəcək bir çətir olmalıdır. Burada, eyni zamanda, türk mədəniyyətini və Türk dünyası dəyərlərini mənimsəmiş gənclər yetişdirilməlidir”.

Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələri tərəfindən bu universitetdə bölümlər açıldığını xatırladan professor bunu yeni təhsil modeli kimi qiymətləndirib: “Dostluq və qardaşlıq əlaqələrini müxtəlif sahələr üzrə hər il daha da inkişaf etdirən Azərbaycan və Türkiyə ali təhsil üzrə münasibətləri də ən yüksək səviyyəyə çatdırmağı qarşısına məqsəd qoyub. Bunun ən gözəl nümunələrindən olan Türkiyə-Azərbaycan Universiteti də iki ölkə arasında ortaq elmi araşdırmaları gücləndirəcək, bu sahədə keyfiyyətli təhsil və araşdırmaları təmin edəcək məkanlardan biridir. Yeni bölümlər açmaq əvəzinə hər iki ölkənin aparıcı universitetlərinin burada öz proqramlarına başlaması isə müxtəlif sahələrdə özünü doğrultmuş proqramların birləşdirilməsini hədəfləyir”.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

1-12-2023, 19:07

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

Mədəniyyət

3-10-2023, 08:56

Şuşa III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək

Siyasət

3-11-2023, 13:35

İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”

Siyasət

9-07-2024, 15:06

Gürcüstan portalında Şuşa Bəyannaməsi barədə material dərc olunub

Cəmiyyət

20-04-2024, 10:50

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • Сегодня, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • Сегодня, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • Сегодня, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
  • Сегодня, 13:01
    DİM dövlət qulluğuna qəbul imtahanında uğur qazananlara müraciət edib
  • Сегодня, 12:59
    Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
  • Сегодня, 12:54
    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Сегодня, 12:51
    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Вчера, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Вчера, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Вчера, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Вчера, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Вчера, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Вчера, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Вчера, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Вчера, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • 15-07-2026, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • 15-07-2026, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • 15-07-2026, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • 15-07-2026, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • 15-07-2026, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • 15-07-2026, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • 15-07-2026, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • 15-07-2026, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə