Birinci Türk Dövlətləri Kardiologiya Qurultayının keçirilməsi Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına töhfəsini verəcək.
Bu unu Bakıda keçirilən Birinci Türk Dövlətləri Kardiologiya Qurultayında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
O vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb: “Düşünürəm ki, türklərin öz tarixlərinə olan bağlılığı bundan sonra da davam edəcək”.