• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb

Cəmiyyət

30-11-2024, 21:38

Bakı, 30 noyabr.

Noyabrın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.

Vəkillər Kollegiyasından bildirilib ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.

Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Olimpiadada açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçılara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib, habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda, Anar Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqlarını azat etdi.

Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox olduğunu dilə gətirib.

Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edilən yarışmanın xüsusi əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib.

Mərasimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları yoxlanılıb, nəticələr elan edilib.

Beləliklə, Polis Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb.

Məlumat üçün bildirək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, II Hüquq Olimpiadasının növbəti turu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də təşkil ediləcək.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-08-2024, 10:58

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Cəmiyyət

17-01-2024, 10:57

Azərbaycanın ali təhsil ocaqlarında “Kiber klublar birliyinin” yaradılması planlaşdırılır

Cəmiyyət

24-09-2024, 23:31

“BDU könüllüləri”nin təşkilatçılığı ilə gələcəyin hüquqşünasları üçün təlimlər keçirilir

Siyasət

21-12-2023, 10:49

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib -

Dünya

8-02-2024, 20:33

Harvard Universiteti islamofobiyada ittiham olunur

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 17:04
    Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • Вчера, 17:00
    Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
  • Вчера, 11:25
    Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq
  • Вчера, 11:22
    Ağdam rayonunda mina partlayışı baş verib
  • Вчера, 11:19
    Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
  • Вчера, 11:14
    Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür
  • 5-09-2026, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • 5-09-2026, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • 4-09-2026, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 4-09-2026, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • 4-09-2026, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 4-09-2026, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • 4-09-2026, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə