• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hərbi xidmətdə temperament tiplərinin reaksiyaları və uyğunlaşması- MƏQALƏ

Cəmiyyət

6-03-2025, 18:31

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Hərbi xidmətdə temperament tiplərinin reaksiyaları və uyğunlaşması- MƏQALƏ
06.03.2025
Hərbi xidmətdə temperament tiplərinin reaksiyaları və uyğunlaşması- MƏQALƏ
Bakı, 6 mart.

Müxtəlif ixtisaslar üzrə peşəkar hərbi kadrların ərsəyə gəlməsində psixoloji hazırlığın xüsusi rolu var. Elm və texnikanın sürətli inkişafı, cəmiyyətdə olan köklü ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklər bütün sahələrə öz təsirini göstərir. Bu səbəbdən hərbçi kadrlardan yüksək siyasi, işgüzar, psixoloji sahədə məlumatlı olmaq tələb olunur. Mənəvi-psixoloji cəhətdən güclü döyüşçü keyfiyyətləri, həmçinin müasir tərəqqi ilə uzlaşan texnoloji biliklər hərbçiyə dövrün nəbzini tutmaqda kömək edir. Komandir heyətinin psixoloji bilikləri hərbi kollektivdə müsbət ab-havanı, qarşılıqlı münasibətləri, döyüşçülərin psixoloji hazırlığını təşkil etməkdə əvəzsiz rol oynayır.

Bu fikirlər hərbi psixoloq Amil Məhərrəmoğlunun “Hərbi xidmətdə temperament tiplərinin reaksiyaları və uyğunlaşması” sərlövhəli məqaləsində yer alıb. Müəllif məqalədə psixologiya elminin “əlifbasından” bəhs edib, psixoloji metodların orduda tətbiqi sahələri haqqında məlumatları bölüşüb.

Bildirilib ki, insanlar temperamentlərinə görə 4 əsas tipə bölünürlər. Temperament irsi və davamlıdır. Sinir sisteminin dəyişməz xüsusiyyətlər toplusudur. Şən, əliaçıq, ekstravert, düşdüyü yeni mühitə tez uyğunlaşan, eyni zamanda, uzaqgörən və hiyləgər, maraq dairəsi geniş, lakin qeyri-sabit olan sanqviniklərdir. Onlar normal əsəbi-psixi dayanıqlığa, yəni stabil psixoloji vəziyyətə sahibdirlər. Sanqviniklərə nisbətən çılğın, enerjili, liderlik qabiliyyəti yüksək, küsəyən və mübahisəyə meyilli olsalar da, kin saxlamağı bacarmayan-xoleriklər tipi var.

Növbəti tip isə qayda-qanunları sevən, sinir sistemi sakit (sabit əsəbi-psixi dayanıqlığa meyilli), əvvəlki tiplərə nisbətən daha donuq mimikaya sahib, bununla yanaşı, yeni mühitə və işə uyğunlaşmaqda çətinlik çəkən, konservativ düşüncəli, xeyli dərəcədə astagəl olan fleqmatiklərdir. Sonuncu tip yeni mühitə daha gec uyğunlaşan, introvert, monoton həyata meyilli, küsəyən, eyni zamanda, qayğıkeş, dürüst, ətrafından daim diqqət və qayğı gözləyən-melanxoliklərdir. Melanxoliklər qaradinməz göründükləri qədər, həm də emosional əsəbi-psixi dayanıqsızlığa sahibdirlər. Eyni bir hadisədə sanqvinik yumor axtaracaqsa, melanxolik kədərlənməyə, xolerik isə çılğın reaksiya verməyə cəhd göstərəcək. Fleqmatiklər isə daha çox qanun-qayda prizmasından yanaşacaqlar.

Bunlar temperamentləri təsnifatlandırmaq üçün ilkin və qısa məlumatlardır. Temperamentlər haqqında bu məlumatları bilmək rəhbər vəzifədə xidmət edən hərbi qulluqçular üçün əvəzolunmaz bilgilər verə bilər. Belə ki, xüsusiyyətlərinə görə tabelikdə olanlara fərdi yanaşma xidmətə münasibəti müsbətə doğru dəyişə bilər. İnam və etimadın, qarşılıqlı hörmət səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Qeyd olunub ki, bilavasitə şəxsi heyətlə təmasda olma səbəbindən, kiçik komandir vəzifələrində xidmət edən hərbçilərin daimi olaraq psixoloji biliklərinin yenilənməsinə və psixoloji savadlılığının artırılmasına xüsusi ehtiyac duyulur. Komandir və rəis heyətini rəhbər kateqoriyaya aid etdikdən sonra demək olar ki, hərbi kollektivlərin əsasını 18-25 yaşlarında, çox az hissəsini isə 30 və daha artıq yaşa sahib əsgərlər təşkil edirlər. (Bildiyimiz kimi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə edilən dəyişikliyə görə maksimum xidmət yaşı 35 yaşdan 30 yaşa endirilib. Yaş həddinin endirilməsi sosial-psixoloji baxımdan komfortun yaradılmasına müsbət təsir edəcək).

Yəni, müəyyən psixoloji biliklərə malik olduqdan sonra, gənclərin mənəvi-psixoloji vəziyyətinin sağlamlaşdırılması və onların əhvali-ruhiyyəsinin müsbət notlara yönləndirilməsi nisbətən asan olacaq. Fərdi yanaşma metodu uğurla tətbiq edildikdə əsgərləri hərbi xidmətin çətinliklərinə alışdırmaq, nizam-intizamla, səylə xidmət göstərməyə sövq etmək daha səmərəli olacaq.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Müdafiə Nazirliyi tərəfindən qoşunlarda, hissə və birliklərdə mütəmadi olaraq psixoloji maarifləndirmə işləri aparılır, şəxsi heyətlə ünsiyyətdə olan zabit heyəti metodik vəsaitlərlə təmin edilir. Həmin metodik vəsaitlər xidmət şəraitinin yaxşılaşdırılmasına, işgüzarlığın artırılmasına, hərbi kollektivdə şəxsiyyətlərarası münasibətlərin nizamnamələr çərçivəsində tənzimlənməsinə, şəxsi heyətin psixoloji dayanıqlığının saxlanılmasına və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə böyük töhfə verir.

Bəs temperament tiplərini bilmək komandir heyətinə hansı üstünlükləri qazandıracaq? Temperamentlər hərbi ixtisas seçimində nə kimi rol oynayır?

Ümumiyyətlə, əsgərlərlə aparılan təlim-tərbiyə işində onların temperament tipləri mütləq nəzərə alınmalıdır. Ordu psixoloqları komandirlərlə koordinasiyalı şəkildə hər bir hərbi qulluqçunun fərdi psixoloji xüsusiyyətlərini öyrənirlər. Öyrənmə zamanı onların psixoloji dayanıqlığı, ekstremal şəraitlərdə qərar qəbuletmə və digər bir neçə vacib psixoloji xüsusiyyətlərini müəyyən edirlər. Orduda əsgər heyətinin öyrənilməsi sənədlər, psixoloji testlər, konsultasiyalar və müşahidə üsulları ilə aparılır. Şəxsi heyətin psixoloji öyrənilmə prosesi 3 mərhələdə həyata keçirilir: ilkin, dərindən və davamlı öyrənilmə mərhələləri. İlkin öyrənilmə fərdi tanışlığa, sənədlərin nəzərdən keçirilməsinə və anket məlumatların doldurulmasına; dərindən öyrənilmə komandir heyəti, psixoloqlar və psixoterapevtlər tərəfindən (bölmədə, hərbi tibb müəssisələrində); davamlı öyrənilmə isə bütün xidmət müddətində əvvəlki iki metodun əlavəsi olaraq daha dərin və geniş şəkildə həyata keçirilir. Hər bir əsgər üçün ayrılıqda psixoloji portret tərtib olunur. İlkin öyrənilmə prosesində əsgərin ailəsi, sosial statusu, böyüdüyü mühit, üstünlük verdiyi amillər, aludə olduğu vərdişlər, alışqanlığı, həmçinin xidmətəqədərki çevrəsi və onlarla qarşılıqlı münasibətləri haqqında əldə edilmiş məlumatlar digər öyrənilmə metodlarında da müvəffəqiyyət qazanmağa şərait yaradır.

Əsgər heyətinin effektiv döyüş hazırlığına yiyələnməsi üçün onların temperamentlərinə uyğun ixtisaslara cəlb edilməsi vacibdir. Məqalə müəllifinin fikrincə, emosional sabitliyə, dayanıqlı fəaliyyət prosesinə uyğun gəldiyi üçün snayper ixtisasına daha çox fleqmatik tipli əsgərlər, kiçik komandir heyətinə hərəkətli və enerjili olan coşqun tiplər, sanqviniklər və xoleriklər uyğun gəlirlər.

Melanxoliklər qayğıkeşliyi sevir, yaxşı dinləyici, yaxşı dost olurlar. Onlar monotonluqdan bezmir, oturaq işlərdə daha məsuliyyətli ola bilirlər. Məsələn, sanqvinikləri tez yoran işlərdə melanxoliklər uzun müddət səbir göstərə bilirlər. Xoleriklərin tez özündən çıxması varsa, melanxoliklər “cansıxıcı” işlərdə belə daha təmkinli olurlar. Emosional durumlarda daha həssas reaksiya verə bilirlər. Onlar üçün oturaq vəzifələri yerinə yetirmək heç də çətin deyil. Bu cür hərbi qulluqçuları rabitəçi, operator, raket-artilleriya qoşunlarına aid ixtisaslara cəlb etmək faydalı iş əmsalını daha da yüksəltməyə, xidməti vəzifələrin keyfiyyətli icrasına böyük kömək edə bilər.

Məqalədə vurğulanıb ki, fərdi-psixoloji xüsusiyyət kimi temperamentin nəzərə alınması kollektivdə şəxsiyyətlərarası münasibətlərin inkişafına təkan verir. Münaqişələrin minimuma endirilməsinə, qanun pozuntularının azalmasına, eləcə də şəxsi heyət qarşısında qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə güclü təsir göstərir. Belə olduqda kollektiv komanda şəklində daha asanlıqla nailiyyətlər əldə edir. Hərbi qulluqçuların, əsasən də gənc əsgərlərin ixtisas seçimində təkcə temperament tipinə istinad etmək düzgün olmazdı. Burada şəxsiyyətin hərtərəfli qiymətləndirilməsi, onun mənəvi keyfiyyətləri (məsuliyyətliliyi, intizamı, sərbəstliyi), bilik, bacarıq və vərdişləri, əqli, emosional-iradi və hərəkət sferasının göstəriciləri də əsas rol oynayır. Belə ki, temperament tiplərini bilmək şəxsi heyətin komanda halında, qarşılıqlı əlaqədə fəaliyyətə asanlıqla nail olmasına, müvafiq döyüş heyətlərinin formalaşdırılmasına, təlim-tərbiyədə, kollektivin düzgün və effektli idarə olunması prosesində komandanlıq üçün çox vacibdir. Hərbi-psixoloji bilikləri mənimsəmiş komandir heyəti şəxsi heyətlə tez ünsiyyət qurur, əsgərlərlə “asan dil tapmağı” bacarır. Bu da öz növbəsində qarşıya qoyulan tapşırıqların dəqiq və vaxtında icra edilməsini asanlaşdırır.

Mövcud vəziyyətdə, yaxud gələcəkdə ehtimal ediləcək təhdidlər şəraitində Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü həm fiziki, həm də mənəvi-psixoloji baxımdan sağlam ordu mənsubları qoruya bilərlər.

Bütün bunları nəzərə alaraq, komandir heyəti elə psixoloji hazırlığa malik olmalıdır ki, rəhbərlik etdiyi hərbi kollektivdə münasibətləri bir-birini anlama və qarşılıqlı dəstək zəminində qura bilsin. Komandir tabeliyində olan əsgərləri tərbiyə etməli, nəzəri və praktiki biliklər aşılamalı, döyüş vərdişlərini təlqin etməlidir. Müəllif bildirir ki, xidməti fəaliyyətini dostluq, yoldaşlıq, Vətənə sədaqət prinsipləri əsasında quran komandir heyəti ordumuzda kifayət qədərdir. Milli-mənəvi dəyərlərə sahib kadrlar, döyüş təcrübəsi olan peşəkar zabitlər ölkəmizin suverenliyinin qorunmasında və şəxsi heyətin təlim-tərbiyəsində əvəzsiz rola malikdirlər.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-02-2025, 15:28

Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir – Məqalə

Cəmiyyət

14-05-2024, 19:26

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Cəmiyyət

25-01-2025, 13:36

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

Cəmiyyət

16-07-2024, 09:30

Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir

Cəmiyyət

24-05-2024, 19:35

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:37
    Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb
  • Сегодня, 13:31
    FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir
  • Сегодня, 13:28
    Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
  • Сегодня, 13:26
    Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri Bakıda görüşüblər
  • Вчера, 23:08
    MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öyrənəcəklər
  • Вчера, 23:06
    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Вчера, 23:04
    Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
  • 8-07-2026, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • 8-07-2026, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • 8-07-2026, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • 8-07-2026, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 8-07-2026, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 8-07-2026, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • 8-07-2026, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
  • 8-07-2026, 13:08
    Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb
  • 7-07-2026, 21:32
    Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb
  • 7-07-2026, 21:30
    Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
  • 7-07-2026, 21:27
    Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib
  • 7-07-2026, 13:24
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • 7-07-2026, 13:20
    Nəsimi rayonunda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 7-07-2026, 13:19
    FHN: Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam edir
  • 7-07-2026, 13:17
    DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 7-07-2026, 13:14
    Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
  • 6-07-2026, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • 6-07-2026, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • 6-07-2026, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • 6-07-2026, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • 6-07-2026, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • 6-07-2026, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • 6-07-2026, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • 6-07-2026, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • 6-07-2026, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 6-07-2026, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • 6-07-2026, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə