• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lənkəran və Masallıda aqrar sığortaya həsr olunmuş görüş keçirilib

Cəmiyyət

25-12-2023, 19:33

Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarının sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Fondun nümayəndələrinin fermerlərlə növbəti görüşü Lənkəran və Masallıda baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Lənkəran və Masallı Rayon İcra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunan görüşlərdə fermer və təsərrüfat sahiblərinə aqrar sığorta şərtləri, onun üstünlükləri, sığorta hadisələri və zərərin ödənişi prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, cənub bölgəsində müxtəlif əkinlər, o cümlədən sitrus meyvələrini becərən fermerlər dövlətin güzəştli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə bağlarını çoxsaylı risklərdən qoruya bilərlər. Qeyd edək ki, cənub bölgəsinin kənd təsərrüfatı, xüsusilə bitkiçilik sektoru zəngindir. Burada ənənəvi olaraq taxıl bitkiləri – buğda, arpa ilə yanaşı, çoxsaylı sitrus bağları, giləmeyvələr, çəltik bitkisi və sair əkilir.
Lənkəranda keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə deyib ki, kənd təsərrüfatı rayon iqtisadiyyatında mühüm paya malikdir. Lənkəran əhalisinin 40-50 faizi kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Rayonda 9500 hektar əkin sahəsinin 2900 hektarı sitrus bağlarının, 580 hektarı çayçılığın, 800 hektarı isə çəltik əkinlərinin payına düşür. O, bu əkinlərin qorunması üçün fermerlərin aqrar sığortadan faydalanmasının zəruri olduğunu qeyd edib.
Masallıda keçirilən görüşdə rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov bildirib ki, aqrar sığorta ölkədə kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin daha bir istiqamətidir. Rayonda kənd təsərrüfatının böyük yer tutduğunu və əhalinin rifahına təsir etdiyini xatırladan müdir müavini fermerləri bu xidmət barədə geniş məlumat almağa və ondan faydalanmağa çağırıb.
Görüşlərdə Aqrar Sığorta Fondunun nümayəndələri aqrar sığorta ilə bağlı geniş təqdimat edib, sığorta şərtləri, ayrı-ayrı bitkilər, o cümlədən bölgə üçün xarakterik əkinlər üçün sığorta şərtləri və tariflərini açıqlayıb. Bildirilib ki, bölgədə geniş yayılmış naringi və portağal bağlarının sığortası üzrə hər 1000 manatlıq məhsul üçün fermerlər cəmi 13 manat, limon bitkisinin sığortası üçün 12 manat, sahibkarlara böyük gəlir gətirən çiyələk sahələrinin sığortası üçün isə cəmi 15 manat ödəniş tələb olunur. Əkin sahələri və meyvə bağlarını baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq şaxtavurmadan, dolu nəticəsində keyfiyyət itkisindən və yağışlardan da sığortalamaq olar. Bundan başqa, fermerlər cüzi məbləğ ödəməklə bağdakı ağacları ayrıca olaraq məhvolmadan sığortalaya bilərlər. Bu zaman sıradan çıxmış ağaclara görə 3 illik məhsulun dəyərində fermerlərə ödəniş edilir.
Qeyd olunub ki, dövlət dəstəkli aqrar sığorta ilə kənd təsərrüfatı heyvanlarını – südlük və ətlik mal-qaranı, xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür. Heyvanlar üçün sığorta tarifi 6,1-9,5% arasında dəyişir və nəticədə qiyməti 1000 manat olan inəyi 30 manata, qiyməti 300 manat olan qoyunu isə cəmi 9 manata sığorta etmək olar.
Görüşlərdə aqrar sığorta şərtləri, ödənişlər, sığortanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.
Bildirilib ki, payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb. Belə ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. Fond bildirir ki, 2024-cü il yanvarın 15-dək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.
Tədbirlərdə Aqrar Sığorta Fondunun elektron xidmətləri, o cümlədən “Sığorta kalkulyator”u kimi yeniliklər də nümayiş olunub.

Paylaş:
Digər xəbərlər

Gündəm

1-12-2023, 18:12

Fermerlərə dəstəklə bağlı tədbir keçirilib

İqtisadiyyat

14-11-2023, 16:59

Bu şəxslərin orta aylıq nominal əməkhaqqı 11 faiz artıb

---

7-12-2023, 18:02

100 min manat rüşvət alan Lənkəranın sabiq baş memarının məhkəməsi yenidən başladı

Hadisə

5-12-2023, 13:57

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı QƏRAR

Cəmiyyət

29-09-2023, 22:18

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • Сегодня, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • Сегодня, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • Сегодня, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • Сегодня, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • Вчера, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • Вчера, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • Вчера, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • Вчера, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • Вчера, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • Вчера, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
  • 12-10-2026, 10:47
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 12-10-2026, 10:31
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 16:19
    Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
  • 10-10-2026, 16:14
    Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar
  • 10-10-2026, 16:10
    Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
  • 9-10-2026, 14:10
    Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb
  • 9-10-2026, 13:57
    Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər
  • 9-10-2026, 13:53
    Bakıda NATO-nun təlim kursu keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə