• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müasir dövrün savaşları: hədəfdə həqiqət var - məqalə

Cəmiyyət

8-05-2025, 20:07

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Müasir dövrün savaşları: hədəfdə həqiqət var - məqalə
08.05.2025 [18:32]
Müasir dövrün savaşları: hədəfdə həqiqət var - məqalə
Bakı, 8 may,

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “Müasir dövrün təhdidləri: hədəf – həqiqətdir!” adlı məqalə hazırlayıb.

Ənənəvi münaqişə anlayışı artıq tarixə qovuşur. Müasir dövrün təhdidləri sırasında informasiya təhlükəsizliyi, xüsusilə də ordu və hərbi xidmət sahəsində informasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir.

Ordunun səmərəli fəaliyyəti təkcə texniki təchizat və şəxsi heyətin hazırlıq səviyyəsi ilə deyil, həm də məxfi və xidməti məlumatların qorunması, informasiya sızmasının qarşısının alınması və düşmənin dezinformasiya, psixoloji təsirlərinə qarşı dayanıqlılıqla sıx bağlıdır. Rəqəmsal texnologiyalar dövründə informasiya ildırım sürəti ilə yayılır və hər hansı yalan yaxud təxribat ictimaiyyətdə panika, narazılıq, hətta inamsızlıq toxumu səpə bilər. Düşmən tərəf sosial şəbəkələr, mesajlaşma platformaları və bəzən nüfuzlu mənbələrdən istifadə edərək yalan narrativlər yayır, reallığı təhrif edir və ictimai şüura təsir etməyə çalışır.

Belə bir şəraitdə informasiya məkanının qorunması ölkənin ərazi bütövlüyünün müdafiəsi qədər vacib sayılmalıdır. Ordu yalnız cəbhədə deyil, informasiya müstəvisində də dəstəyə ehtiyac duyur. Bu mübarizədə informasiya bölmələri, hərbi analitiklər, jurnalistlər, bloqçular - yəni yalanla peşəkar, əsaslandırılmış və operativ mübarizə aparmaq bacarığına malik hər kəs ön plandadır.

Bu gün Azərbaycan Ordusunun fəaliyyəti barədə cəmiyyətin məlumatlandırılması prosesi media ilə qarşılıqlı münasibətlər fonunda həyata keçirilir. Müdafiə Nazirliyi media vasitəsilə xalqı ordu üzərində ictimai nəzarətçi mövqeyinə gətirib - vətəndaşlar ictimailəşdirilən məlumatları diqqətlə izləyir, fəaliyyətə qiymət verir və dəstəyini əsirgəmir. Nazirliyin rəhbərliyi haqlı olaraq hesab edir ki, media üzərindən xalq-dövlət-ordu dialoqunun inkişafı sosial zərurət və müasir dövrün tələbidir.

Ordu ilə bağlı dezinformasiyaların yayılmasının qarşısını almaq, hərbi informasiya mühitini təmiz saxlamaq üçün media ilə peşəkar dialoqun qurulması, informasiyanın əlçatan və davamlı şəkildə təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bu sahədə düzgün qurulmuş yanaşma əhəmiyyətli müsbət nəticələr verir.

Ordu quruculuğu ictimai proses kimi daim medianın diqqət mərkəzindədir. Bu da təbiidir. Yaxın günlərdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” adlı forumda da bu istiqamətdə əhəmiyyətli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Forumda Müdafiə Nazirliyinin idarə rəisi Anar Eyvazovun iştirakı hərbi mövzuların aktuallığını bir daha təsdiqlədi.

Ordu və xalq arasında dialoqun medianın gündəmində yer alması ilə bağlı bəzi mülahizələri də bölüşmək istərdik. Heç kimə sirr deyil ki, ordu cəmiyyətin ayrılmaz hissəsidir və ölkə daxilində və dünyada baş verən yeniliklər onun fəaliyyətinə də təsir göstərir. Rəqəmsal media, sosial şəbəkələr, süni intellekt, neyroşəbəkə və koqnitiv müharibə kimi müasir texnologiyalar hərbi qurumların fəaliyyətinə təsir edən reallıqlardır.

Bu reallıqlar ölkəmizdə, eləcə də Müdafiə Nazirliyində çevik, effektiv və əlçatan kommunikasiya siyasətinin həyata keçirilməsini zəruri edir. Mövcud vəziyyətə adekvat reaksiya verilməsi vacibdir. Müasir texnologiyalar informasiya təhlükəsizliyi baxımından həm imkan, həm də risklər doğurur. İnformasiyanın əlçatanlığı və sürətli yayılması qurumlar arasında operativliyin artırılmasını tələb edir. Lakin bu, heç bir halda dövlət və hərbi sirlərin yayılması ilə nəticələnməməlidir. Bu məsələyə yanaşmada qanunlara əməl olunması, dövlət maraqlarının qorunması ön plandadır.

Son illər bu istiqamətdə Müdafiə Nazirliyində mühüm işlər görülüb. Sosial şəbəkələr və digər internet platformalar üzərindən yayılan foto və videoların, xidmətə dair məlumatların təhlükə doğurduğu, bəzi hallarda dövlət sirri təşkil edən informasiyaların paylaşılması faktları hələ də mövcuddur. Bu sahədə həm hərbi qulluqçular, həm də onların yaxın əhatəsi tərəfindən ehtiyatsızlıq hallarına rast gəlinir. Ailə üzvlərinə göndərilən şəkil və videoların paylaşılması düşmən xüsusi xidmət orqanlarına geniş məlumat əldə etmək imkanı verir, təxribat və şantaj riski yaradır.

Media nümayəndələrinin də Müdafiə Nazirliyi ilə dəqiqləşdirmədən hərbi mövzuda məlumat paylaşmaları, təsdiqlənməmiş informasiyaların tirajlanması, xüsusilə də internet media vasitəsilə yayımlanması halları müşahidə olunur. Bu isə nəticədə ordunun imicinə zərbə vurur.

Ən effektiv qarşı tədbirlərdən biri də ordu-media münasibətlərinin gücləndirilməsi, əlaqələrin genişləndirilməsi, hərbi mövzularda operativ məlumatlandırmanın təmin olunması və dezinformasiyalara dərhal reaksiya verilməsidir. Bu istiqamətdə son illər ciddi uğurlar əldə olunub. Nazirlik bu məsələləri sistemli şəkildə həyata keçirir, media nümayəndələrinə mütəmadi olaraq təlimat xarakterli məlumatlar təqdim olunur.

Aktiv kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun addımlar atılır, əmr və sərəncamlar qəbul edilir, maarifləndirici söhbətlər və izahat işləri aparılır. “Dövlət sirri haqqında” Qanunun tələbləri hərbi qulluqçulara izah olunur.

Yeni texnologiyalar, süni intellekt və sosial media həm imkanlar yaradır, həm də təhlükələr doğurur. Bu baxımdan ictimaiyyətə dəqiq və dolğun məlumatların çatdırılması, hərbi xidmətin təşviqi, vətənpərvərliyin təbliği, informasiya təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət daşıyır.

Media subyektləri, hərbi ekspertlər, bloqçularla birgə fəaliyyətin təşkili, ictimai fikrə təsir imkanlarının düzgün idarə olunması, qarşıya çıxan problemlərin ortaq əməkdaşlıqla həlli, nəticə etibarilə bu sahədə də uğurların əldə olunmasına şərait yaradacaq.

Sonda qeyd edək ki, ordu quruculuğu mövzusunun media məkanında xüsusi yer tutması qürurverici olmaqla yanaşı, milli mediamızın vətənpərvərlik hisslərinin təbliği, ordu məsələsinə həssas və vətəndaş mövqeyindən yanaşması baxımından da önəmli bir göstəricidir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-01-2025, 18:21

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ

Cəmiyyət

21-10-2024, 16:02

Polkovnik-leytenant: İntellektual qabiliyyətli bölmələrin yaradılması Ordumuzun müasirləşməsi istiqamətində sıçrayışın təzahürüdür

İqtisadiyyat

9-08-2024, 08:04

Azərbaycanla Qazaxıstan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalayıb

Siyasət

19-07-2024, 14:38

Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə açıqlama yayıb

Cəmiyyət

8-03-2024, 10:23

Türkiyədə təhsil alan kursantlarla görüş keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə