Bakı, 15 oktyabr.
2025/2026-cı tədris ili üzrə 62 əcnəbi vətəndaş Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycan ali məktəblərində təhsil almaq hüququ qazanıb.
BDU-dan bildirilib ki, onlardan 12-si (9 nəfəri Çin, 1-i Qazaxıstan, 1-i Tacikistan, 1-i Qırğızıstan vətəndaşı) Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Xarici tələbələr BDU-da beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, filologiya, sosial psixologiya və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.