Fevralın 14-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanaraq götürülüb.