Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun Əmircan qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 650 qram marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.