Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 16 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 949 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Fevralın 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tüfəng, 1patron darağı və 17 ədəd patron aşkarlanaraq götürülüb.