Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Nurlan Xudiyev rayon ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ondan 3 kiloqram 470 qram marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Həmçinin Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Əvəz Alışov rayon ərazisində saxlanılıb. Ondan 60 qramdan artıq marixuana, 17 qramdan çox metamfetamin, idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı isə 590 qram marixuana, 390 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.