Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı 15-i azyaşlı uşaq olmaqla, ümumilikdə 50 nəfər təxliyə olunub.
Bu barədə FHN-nin DYMX-nin Yanğınsöndürmə Qərargahının rəis müavini, polkovnik-leytenant Taleh Babayev məlumat verib.
O qeyd edib ki, xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb: “Yalnız təcili tibbi yardım əməkdaşları hadisə yerində tüstüdən zəhərlənən vətəndaşlara kömək göstərib. Təxliyə olunanlar arasında yanıq xəsarəti alan yoxdur. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır”.