Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng və 97 ədəd patron darağı təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, müxtəlif çaplı 3589 patron və digər sursatlar aşkar olunaraq götürülüb.