Mayın 23-də Cəlilabad rayonunun Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yaxınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, fakt üzrə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.