Bakı, 15 iyul.
“Kəpəz” komandası futbolçusu Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb.
Klubdan verilən məlumata görə, kapitanla 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 36 yaşlı müdafiəçi ötən mövsümdən Gəncə təmsilçisinin heyətində çıxış edir.