• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın gənc opera müğənniləri birinci Beynəlxalq Opera Festivalına hazırlaşırlar

Mədəniyyət

20-03-2024, 12:04

Fidan Hacıyevanın Vokal məktəbində aprelin 27-dən mayın 3-dək Azərbaycanda keçiriləcək birinci Beynəlxalq Opera Festivalının iştirakçılarının dinlənməsi olub.
istedadlı vokalçıların çıxışı aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Həmin gün orkestri dirijorlar Orxan Həşimov və Meri Çeminava idarə edəcəklər. Hər iki dirijor dinləmələrdə iştirak edib.
Dinləmələr zamanı gənc opera müğənniləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələri öz konsert proqramlarını təqdim ediblər.
Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti və pedaqoq Fidan Hacıyevaya məxsusdur. Fidan xanım gənc artistlərin seçiminin və onların çıxışa hazırlığının necə keçirildiyindən bəhs edib.
"Festivalın keçiriləcəyi barədə elan verdim və bu gənclər cavab verdilər. Onları dinlədim və bəyəndim. Onlar çox bacarıqlıdırlar, yaxşı səsləri var, onlara mütləq yol verilməlidir. Mən məhz ona görə də bu festivalı təşkil etdim ki, gənc ifaçılarımız eşidilsin. Bunlar təkcə Azərbaycanda deyil, bütün dünyada ifa etməlidirlər" – deyə Xalq artisti vurğulayıb.
Konsert proqramı haqqında danışan Fidan xanım qeyd edib ki, gənc ifaçılar çıxış üçün çox ciddi əsərlər hazırlayıb.
"Çox parlaq opera proqramımız alınır. Gənclər dünya şöhrətli bəstəkarların, o cümlədən Azərbaycan bəstəkarlarının çətin əsərlərini ifa edirlər. Çoxlarına seçim etməkdə müəllimləri kömək edib. Bəzən özüm də nəyisə tövsiyə etmişəm. Bəzən müəllimlər mənimlə məsləhətləşiblər. Dinləmədən sonra Dövlət Opera və Balet Teatrının dirijoru Orxan Həşimov onların ifasını müzakirə edəcək, onlarla işləyəcək, çıxışa hazırlayacaq. Buna görə ona çox təşəkkür edirəm", - deyə Fidan Hacıyeva əlavə edib.
Xalq artisti qarşıdan gələn tədbirin gənc ifaçılar üçün əhəmiyyətini xüsusi qeyd edib.
"Bəziləri ilk dəfə böyük zalın qarşısında simfonik orkestrlə ifa edəcəklər. Onlar üçün bu vacib addımdır. Bu, çox məsuliyyətlidir və onlar beynəlxalq festivalda mahnı ifa etməyin nə olduğunu dərk etməlidirlər. Müxtəlif ölkələrdən dirijorlar gələcək. Düşünürəm ki, bu, onlara özlərini göstərmək üçün də stimul olacaq. Bunlar istedadlı ifaçılardır, amma özləri üzərində işləməlidir. Kim işləyərsə, böyük nəticələr əldə edər", - deyə o qeyd edib.
"Festivalın yeddi günü asan deyil. Ancaq mənim üçün bu maraqlıdır, mən çətinlikləri sevirəm. Hələ görəcəyimiz çox işlər var. Hər gün məşqlərimiz var - həm uşaqlar, həm də böyüklər ilə. Həll edilməli olan bir çox təşkilati məsələlər var. Bizə göstərilən köməyə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə, Dövlət Akademik Opera və Balet Teatrına və bu layihəni dəstəkləyən teatrın direktoru, opera müğənnisi Yusif Eyvazova təşəkkürümü bildirmək istəyirəm. Mən Bakı sakinləri və şəhərin qonaqlarını bizim festivalımızı dəstəkləməyə, gözəl ifaçıları dinləməyə çağırıram. Axı ən böyük dəstək - tamaşaçıların dəstəyidir", - deyə Fidan Hacıyeva əlavə edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-10-2023, 09:54

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Qaratoxmaq qadın” tamaşasının premyerasını təqdim etdi

Mədəniyyət

28-02-2024, 18:18

Opera və Balet Teatrı mart repertuarını təqdim edib

Yazarlar

21-01-2024, 17:46

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova

Mədəniyyət

22-02-2024, 22:23

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Mədəniyyət

30-01-2024, 12:10

Gənc xanəndə: Arzum Məcnun obrazını canlandırmaqdır - MÜSAHİBƏ

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Сегодня, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
Сегодня, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
29-04-2026, 14:16
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
25-04-2026, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • Сегодня, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • Сегодня, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • Сегодня, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • Сегодня, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • Сегодня, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • Сегодня, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • Сегодня, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • Сегодня, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • Сегодня, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • Сегодня, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • Сегодня, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • Вчера, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • Вчера, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • Вчера, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • 2-05-2026, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • 2-05-2026, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
  • 2-05-2026, 11:32
    Diplomatik korpusun Şuşa səfəri davam edir
  • 1-05-2026, 18:24
    Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • 1-05-2026, 18:22
    Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
  • 1-05-2026, 18:20
    Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM
  • 1-05-2026, 18:18
    Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıblar
  • 1-05-2026, 18:15
    Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
  • 1-05-2026, 18:13
    Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
  • 1-05-2026, 13:26
    "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub
  • 1-05-2026, 13:24
    Biləsuvarda avtomobilə baxış zamanı 200 kiloqramdan artıq at əti aşkarlanıb
  • 1-05-2026, 13:22
    Parlament əməkhaqqında gender bərabərliyi dəyişikliklərini təsdiqləyib
  • 1-05-2026, 13:21
    Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib
  • 1-05-2026, 13:19
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 1-05-2026, 09:04
    ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 44 ticarət gəmisini ələ keçirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə