• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Siyasət

6-06-2026, 14:57

Vyana, 6 iyun.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan–Avstriya münasibətlərinin inkişafına və Azərbaycan diasporunun fəaliyyətinə verdiyi töhfəyə görə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) prezidenti Harald Qerstbauerin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Avstriya–Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvləri, diplomatik korpusun nümayəndələri, diaspor fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu münasibətlərin möhkəmlənməsində təkcə dövlət qurumlarının deyil, həm də iş adamlarının, elm xadimlərinin, diaspor nümayəndələrinin və Azərbaycanın dostlarının mühüm rolu var. Leyla Qasımova H.Qerstbauerin uzun illər ərzində Azərbaycanın Avstriyada tanıdılması, iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında iki ölkə arasında iqtisadi əməkdaşlığın son illərdə dinamik inkişaf etdiyini vurğulayıb və bildirib ki, Avstriya şirkətləri Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən tikinti, kənd təsərrüfatı, mühəndislik, nəqliyyat, tibbi texnologiyalar, bankçılıq, bərpaolunan enerji və turizm sahələrində fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, Avstriya–Azərbaycan Ticarət Palatası da bu əməkdaşlığın inkişafında mühüm rol oynayaraq, iki ölkənin işgüzar dairələri arasında etibarlı körpü funksiyasını yerinə yetirir.

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan ilə Avstriya arasında ticarət dövriyyəsinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu istiqamətdə yeni təşəbbüslər hər iki ölkənin maraqlarına xidmət edir.

Çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. O vurğulayıb ki, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində əldə olunan uğurlar təqdirəlayiqdir. O, həmçinin beynəlxalq münasibətlərin inkişafında xalq diplomatiyası və ictimai təşəbbüslərin xüsusi rol oynadığı nıdiqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan Azərbaycanın dostlarının və tərəfdaşlarının fəaliyyəti yüksək dəyərləndirilir.

Çıxışlarda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilmiş Avstriya–Azərbaycan Ticarət Palatasının prezidenti Harald Qerstbauerin fəaliyyətindən ətraflı bəhs olunub.

Qeyd edilib ki, o, 2013-cü ildən etibarən Avstriya–Azərbaycan Ticarət Palatasına rəhbərlik edir. Onun rəhbərliyi altında çoxsaylı biznes missiyaları təşkil olunub, Avstriya və Azərbaycan şirkətləri arasında davamlı tərəfdaşlıqlar qurulub, iqtisadi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verilib. H.Qerstbauer eyni zamanda Azərbaycan diasporunun təşəbbüslərini daim dəstəkləyərək ölkəmizin Avropada tanıdılması istiqamətində fəal iştirak edib.

Mərasimdə Fuad Muradov Harald Qerstbauera “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.

Tədbirin bədii hissəsində tanınmış pianoçu və bəstəkar Abuzər Manafzadə musiqi proqramı ilə çıxış edib. Azərbaycan və dünya musiqisindən ibarət proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-10-2025, 14:04

Prezident İlham Əliyev milli bayram münasibətilə Avstriyanın Federal Prezidentini təbrik edib

Cəmiyyət

11-06-2024, 19:26

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Siyasət

27-11-2024, 17:47

TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Daşkənddə bir araya gəliblər

Cəmiyyət

4-12-2025, 11:31

Naxçıvanda II Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib

Cəmiyyət

26-03-2025, 08:28

Ukraynanın Poltava şəhərində Novruz bayramı qeyd edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Сегодня, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Сегодня, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • Вчера, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • Вчера, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • Вчера, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə