• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Siyasət

9-06-2026, 15:52

Bakı, 9 iyun.

Bu ilin əvvəlindən başlayaraq Azərbaycana həm Avropa, həm də Şərq dövlətlərindən hərbi nümayəndə heyətləri gələrək əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırlar.

Hazırda Azərbaycan ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Estoniya, Fransa və digər Avropa dövlətləri ilə yanaşı, Çin, Qazaxıstan, Özbəkistan, Pakistan, Türkiyə və başqa dövlətlərlə də hərbi əməkdaşlıq əlaqələrini davam etdirir. Yuxarıda adı çəkilən dövlətlər arasında NATO kimi hərbi-siyasi bloka daxil olan və bu blokdan kənarda qalan dövlətlər də var. İstər NATO üzvü olan, istərsə də üzv olmayan dövlətlərin Azərbaycan ilə hərbi əməkdaşlığa can atmaları heç də təsadüfi xarakter daşımır.

Rusiya-Ukrayna müharibəsi və İran ətrafında cərəyan edən hərbi-siyasi proseslər qlobal güclərə etimadın azalmasına, eyni zamanda, beynəlxalq təhlükəsizlik balansının dəyişməsinə səbəb olub. ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyində əvvəlki kimi fəal rol oynamaq istəməməsi və ümumi təhlükəsizlik məsələlərinə maliyyə dəstəyini məhdudlaşdırması Avropa ölkələrini yeni çıxış yolları axtarmağa sövq edib. ABŞ-ın NATO üzvü olan Avropa dövlətlərini İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmağa çağırmasına baxmayaraq, bu təşəbbüs dəstək qazanmayıb. Nəticədə, Vaşinqton Avropanın təhlükəsizliyinin təmin edilməsində üzərinə götürdüyü bəzi öhdəlikləri yenidən nəzərdən keçirməyə başlayıb. Bu şəraitdə Avropa artıq yalnız bir güc mərkəzinə bağlı qalmaq istəmir. Enerji təchizatını şaxələndirdiyi kimi, hərbi-siyasi tərəfdaşlıqlarını da genişləndirməyə çalışır.

Azərbaycan 2020-ci ildən sonra beynəlxalq ictimaiyyətə öz ərazi bütövlüyünü təmin etmək və torpaqlarını işğaldan azad etmək əzmində və gücündə olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan real döyüş meydanında qələbə qazanmış, peşəkar və güclü orduya malik dövlət kimi tanınır. Qırx dörd günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını və döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Təsadüfi deyil ki, müharibədən sonrakı dövrdə Azərbaycanla İtaliya, Rumıniya və digər Avropa ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb. Bəs bu əməkdaşlıq Azərbaycana nə qazandıra bilər? İmzalanan sənədlər birgə hərbi təlimlərin keçirilməsini, təcrübə və bilik mübadiləsini, eləcə də hərbi qurumlar arasında davamlı dialoqun və əməkdaşlığın inkişafını nəzərdə tutur.

Müxtəlif ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi ordunun fərqli hərbi ssenarilərə daha yaxşı hazırlaşmasına şərait yaradır. Hərbi-texniki əməkdaşlıq isə yeni texnologiyaların, silah sistemlərinin və müasir idarəetmə yanaşmalarının öyrənilməsi və tətbiqi üçün əlavə imkanlar açır. Eyni zamanda, müxtəlif tərəfdaşlarla əlaqələrin inkişafı hərbi sahədə hər hansı bir mərkəzdən asılılığın azalmasına və əməkdaşlıq imkanlarının şaxələndirilməsinə xidmət edir.

Beləliklə, Avropa ölkələri Ukrayna müharibəsinin ortaya çıxardığı təhlükəsizlik çağırışlarını nəzərə alaraq Azərbaycanla münasibətləri yalnız enerji sahəsində deyil, hərbi istiqamətdə də inkişaf etdirməyə çalışırlar. Bu əməkdaşlıq həm tərəflər arasında strateji əlaqələrin möhkəmlənməsinə, həm də regional və qlobal təhlükəsizlik məsələlərində qarşılıqlı maraqların təmin olunmasına xidmət edir.

Ötən ay Bakıya rəsmi səfər edən İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata açıqlamasında bildirib ki, Avropa regionunda inteqrasiya əlaqələri nə qədər güclü olarsa, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün imkanlar da bir o qədər genişlənər.

Dünyada geosiyasi rəqabətin getdikcə dərinləşməsi və müxtəlif bölgələrdə yeni gərginlik ocaqlarının yaranması fonunda Azərbaycanın öz təhlükəsizliyini təmin etmək qabiliyyəti, güclü hərbi potensialı və müstəqil siyasəti Avropa ölkələrinin diqqətini cəlb edir. Azərbaycan isə təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa açıq mövqe nümayiş etdirir. Rəsmi Bakının əsas məqsədi regionda dayanıqlı sülhün təmin olunmasına, iqtisadi inkişafın sürətləndirilməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-03-2024, 17:08

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır -

Cəmiyyət

5-12-2024, 14:17

NATO-nun nümayəndə heyəti təhsil müəssisələri və hərbi hissədə olub

Siyasət

13-10-2025, 12:23

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfənin növbəti təsdiqidir - ŞƏRH

Siyasət

18-03-2024, 11:47

NATO Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Cəmiyyət

13-12-2025, 11:35

Bakıda “16-cı NATO günləri” keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Сегодня, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Сегодня, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • Вчера, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • Вчера, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • Вчера, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə