• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan QHT-ləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar

Siyasət

3-06-2024, 10:51

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Azərbaycan QHT-ləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar
03.06.2024 [10:24]

Bakı, 3 iyun,
İyunun 3-də Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar.

"Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlamaqla, ilk öncə, onlara ətraf mühit məsələlərinə, Azərbaycanın COP29 sədrliyinə maraq göstərdikləri üçün təşəkkür etmək istəyirik.

535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət Katibi Entoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podesta-ya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.

Bu məktubun cəfəng mahiyyətinin Ağ Evdə dərhal başa düşülməsini onu oxuduqdan sonra həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur. Dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib.

Bunu nəzərə alaraq, ABŞ konqresmenlərinə bu Açıq Məktubu heç yazmamaq da olardı. Amma bir halda ki, bir sıra konqresmenlər ətraf mühit məsələlərinə bu qədər həvəs göstərirlər, onlara bəzi tövsiyələri əsirgəməyəcəyik. Hesab edirik ki, bu məsləhətlər son vaxtlar Azərbaycan əleyhinə “nifrət nitqi” tribunasına çevrilən “Financial Times”in redaktorları üçün uydurmaları deyil, real mövzuları tapmaqda da faydalı ola bilər:

1. Faktdır ki, ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında liderlik edir. Əlbəttə, bunu istəyərək etmir, nəhəng iqtisadiyyata, sənayeyə malikdir. “Bəşəriyyətin ekoloji qayğısını çəkən” konqresmenlər bu təsirləri azaltmaq üçün konkret təkliflərlə, proqram layihələri ilə çıxış edə bilərlər. Lap istəsələr, ABŞ hökumətindən də maraqlanarlar ki, niyə iqlim dəyişmələri ilə mübarizəyə dair ən böyük tədbir olan COP indiyədək bir dəfə də olsun ABŞ-da keçirilməyib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında “tarixi məsuliyyət” termini sənayeləşmə başlayandan sonrakı (1750-ci ildən indiyə qədər) dövrdə ölkələr tərəfindən atılan tullantıların miqdarını nəzərdə tutur və buna görə də hər bir dövlətin tarixi məsuliyyəti müəyyənləşdirilir. ABŞ-ın karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur. Bu, dünyada ən yüksək göstəricidir. Belə bir ölkənin konqresmenləri müraciətə imza atmazdan əvvəl bu statistikanı cəsarət tapıb məktubun sifarişçilərinə deyə bilərdilər və onda indiki vəziyyətdə qalmazdılar;

2. Dünyada neft istehsalına görə birinci yeri ABŞ tutur. ABŞ gündəlik 13 milyon barrel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir. Bura ABŞ şirkətlərinin xarici ölkələrdə hasil etdikləri neft daxil deyil. Görəsən, bu konqresmenlər Ümumi Daxili Məhsulunun adambaşına düşən payına görə Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş dövlətlərlə müqayisədə iqlim dəyişmələrinə qarşı tədbirlərə ABŞ-ın daha az maliyyə ayırmasının səbəbi barədə niyə düşünmür və ya niyə buna görə yerli hökuməti sorğulamır?! ABŞ digər inkişaf etmiş ölkələrlə birlikdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə üçün maliyyə və texniki dəstək göstərilməsi üzrə beynəlxalq öhdəliklər götürüb. Lakin ABŞ tərəfindən bu öhdəliklərin heç 10%-i yerinə yetirilmir. Bu da konqresmenlər üçün yaxşı mövzu ola bilər;

3. Dünyada iqlim dəyişmələri böhranın yaranmasında kömür ən çirkli yanacaq növü kimi müstəsna paya malikdir və istilik effekti yaradan qaz emissiyaları ən çox kömürün istehsalı, saxlanması, daşınması və yandırılması proseslərindən atılır. Təəssüflə qeyd edilməlidir ki, bəşəriyyət qarşısında böyük tarixi məsuliyyət daşıyan ABŞ-da hələ də kömürdən yanacaq kimi istifadə edilir. ABŞ tarixən ən böyük kömür istehsal edən ölkə olub. 2022-ci ildə ABŞ ildə 540 milyon ton kömür istehsal edərək dünyada 4-cü yeri tutub. Azərbaycanda isə tarixən kömür istehsal edilməyib. 10 ildən çoxdur ki, Azərbaycanda mazutdan da istifadə demək olar ki, sıfıra enib və hazırda ən təmiz yanacaq kimi ancaq təbii qazdan istifadə edilir. Bu isə beynəlxalq sazişlər üzrə Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinə (70%-ə qədər) artıq öz misilsiz töhfəsini verib. Yeri gəlmişkən, ABŞ dünyada sıxılmış maye yanacaq istehsalında da lider mövqedədir, bu isə ekoloji baxımdan adi qazdan da çirklidir;

4. OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət yekdilliklə COP29-a evsahibliyini bu dəfə məhz Azərbaycana həvalə edib, bu, həm də Azərbaycanın yaşıl enerji siyasətinə dünyanın münasibəti və rəğbətidir. Zəngin neft və qaz ehtiyatlarına malik olmağa görə bir ölkəni mühakimə etmək sağlam məntiqə sığmır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər lazım olacaq. Azərbaycanın təbii qaz ixracının yarısı - 12 milyard kubmetri Avropa İttifaqı bazarına gedir, yaxın 3 ildə bu rəqəm Avropa Komissiyasının xahişi ilə 20 milyard kubmetrə çatacaq. Azərbaycan qazı Avropada enerjiyə olan tələbatın ödənilməsi üçün qlobal iqlim sistemi ilə sıx bağlı olan qiymətli meşə ehtiyatlarının qırılmasının qarşısını alıb, onları qorumağa imkan verib. ABŞ konqresmenlərinin bu məsuliyyətli davranışa görə Azərbaycana təşəkkür etmək əvəzinə, onu qınamağa çalışması başadüşülən deyil. Sərgilənən qərəzli münasibət həm də Azərbaycanı COP29-da yekdilliklə dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyinə açıq hörmətsizlikdir;

5. Azərbaycan yeni enerji strategiyasını COP29-a evsahibliyi məsələsindən xeyli əvvəl elan edib. Yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. 4 qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları isə 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını izah edir. Maraqlıdır, özlərini “ekologiya cəfakeşləri” kimi aparan ABŞ konqresmenləri niyə bu barədə danışmır?! Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonaları elan edib. Bununla əslində, qlobal istiləşməni 2°C-dən aşağıda saxlamaq üçün imkanlar pəncərəsinin daraldığı, 1.5° C–də saxlamaq fürsətinin isə getdikcə tükənməkdə olduğu bir zamanda inkişaf etməkdə olan ölkə kimi Azərbaycan dünyaya müdrik mesaj verir. Mesajın mahiyyəti aydındır: heç bir ölkənin iqlim təhdidlərindən sığortalanmadığı müasir dövrdə qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəylik, yaşıl düşüncə sayəsində alına bilər;

6. 26 nəfər ABŞ konqresmeni özünü Azərbaycana qarşı fəaliyyəti ilə ad çıxarmış tarixdəki 26 Bakı komissarı kimi aparır. Yeri gəlmişkən, onlardan biri Azərbaycan xalqının qanını axıtmış cəllad Stepan Şaumyan idi. Şaumyan kimi “Nagorno-Karabakh” və guya onun şərəfinə “paytaxt” elan edilmiş “Stepanakert” də artıq yoxdur. Azərbaycan tarixi ədaləti bərpa edib. Əgər müraciəti imzalamış ABŞ konqresmenləri Qarabağın dərdini çəkmək istəyirsə, ilk növbədə Qarabağda Ermənistan tərəfindən məhv edilmiş təbiət, kəsilmiş ağaclar, çirkləndirilmiş çaylar, yerlə-yeksan edilmiş ekosistemlər haqqında danışsınlar. Biz bu 26 nəfər ABŞ konqresmenini elə ABŞ şirkətinin sərmayəsi ilə bütün beynəlxalq ekoloji normaları, o cümlədən Espoo Konvensiyasını pozaraq Azərbaycan Respublikası ilə sərhədə bitişik ərazidə - Arazdəyəndə metallurgiya zavodu tikiləndə etiraz etdiyini görmədik. Bu gün də Azərbaycanın transsərhəd çayları Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətinin ekoloji fəsadları ilə üzbəüzdür. Biz bununla bağlı da bir dəfə də olsun ABŞ konqresmenlərinin etirazını eşitməmişik. Budur Sizin təbiətə münasibətiniz?

Beləliklə, Sizin müraciətinizin mahiyyəti bizim üçün aydındır. Siz qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələr barədə formalaşmış mövcud çərçivəni gizlətmək, manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmaq və əsas günahın neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoyulması kimi uğursuz cəhdlər edirsiniz.

Azərbaycanın COP29 üçün şüarı “Yaşıl dünya naminə həmrəy olaq!”dır. Sizi COP29-a dəvət edirik, gəlin, hər şeyi öz gözlərinizlə görün. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsini alqışlayan yüzlərlə xarici QHT-lər, vətəndaş cəmiyyəti təsisatları bu günlərdə silsilə bəyanatlar verirlər. Onlar qısa müddətdə COP29-a evsahibliyi edən ölkə kimi Azərbaycanın əldə etdiyi uğurlara qiymət verir və təqdir edir. Elə Sizin müraciət etdiyiniz Blinken və Bayden kimi!

Əlavə tövsiyələr lazım olsa, müraciət etməyə çəkinməyin. Biz bundan məmnun olarıq!"

Paylaş:
Digər xəbərlər

Siyasət

8-04-2024, 15:51

Azərbaycanlı ekspertdən Avropa Komissiyasının Prezidentinə açıq məktub

Cəmiyyət

17-04-2024, 10:42

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

İqtisadiyyat

21-05-2024, 22:15

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Siyasət

20-02-2024, 19:33

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar Assambleyanın sədrinə məktub ünvanlayıb

Cəmiyyət

30-05-2024, 10:48

Gəncə şəhər prokurorluğunda “Açıq qapı günü”

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə