• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət suverenliyimizin bərpası kimi əbədi qalacaq

Siyasət

2-01-2024, 10:30

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət suverenliyimizin bərpası kimi əbədi qalacaq
02.01.2024 [08:45]
Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət suverenliyimizin bərpası kimi əbədi qalacaq
Bakı, 2 yanvar
Son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. 2016-cı ilin Aprel döyüşləri, iki il sonra Naxçıvanın Günnüt əməliyyatı, daha sonra Tovuz döyüşləri, nəhayət, 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın öz məğlubiyyətini rəsmən təsdqiləməsi - kapitulyasiya aktının imzalanması. Daha sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Söz yox ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31- də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələ öz əksini tapıb. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Axı, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi. Həmin qüvvələr yeni hərbi təxribatlar hazırlayır və onları həyata keçirirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmamışdı. Əksinə, yeni silah -sursat, hərbi texnika, minalar Qarabağa gətirilir və ölkəmizə qarşı mina terroru davam etdirilirdi.
Ç.Qənizadə dövlətimizin başçısının müraciətinə istinadən bildirib ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilməsinə baxmayaraq, separatçı qüvvələr təxribatlardan əl çəkmirdilər. Nəhayət, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Dövlətimizin başçısı müraciətində də qeyd etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərərək Birinci və İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı.
Hüquq müdafiəçisi qeyd edib ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi: “Prezident İlham Əliyev də bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən, keçmiş məcburi köçkün soydaşlarımız qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib”.
“Dövlətimizin başçısı bildirdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, - deyən Ç.Qənizadə sözünə davam edərək diqqətə çatdırıb ki, bu gün Qərbdə ikili standartlar hökm sürməsinə baxmayaraq, ölkəmiz bütün təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara əhəmiyyət vermir.
“Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi”, – deyə Ç.Qənizadə əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

8-12-2023, 09:15

Dünyaya səs salan Zəfər paradı

Siyasət

8-12-2023, 19:19

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

Siyasət

12-12-2023, 19:43

Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti - TƏHLİL

Siyasət

23-11-2023, 10:39

Fransanın Ermənistanı silahlandırması regionda yeni münaqişənin yaranmasına xidmət edir ŞƏRH

Siyasət

16-12-2023, 22:15

Eldar Bayramov: Azərbaycanın Qələbəsi regiona davamlı sülh və sabitlik gətirəcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:06
    Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
  • Сегодня, 12:02
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • Сегодня, 12:00
    Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
  • Сегодня, 11:55
    Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
  • Сегодня, 11:51
    Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
  • Сегодня, 11:48
    Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
  • Сегодня, 11:46
    XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
  • Вчера, 13:25
    Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq
  • Вчера, 13:20
    Vətən müharibəsinin xronikası: 6 oktyabr
  • Вчера, 13:16
    Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
  • Вчера, 13:13
    Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
  • Вчера, 13:09
    Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb
  • Вчера, 13:05
    XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb
  • Вчера, 13:01
    Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK
  • 5-10-2026, 12:53
    Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur
  • 5-10-2026, 12:51
    Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
  • 5-10-2026, 12:48
    Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
  • 5-10-2026, 12:45
    “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
  • 5-10-2026, 12:43
    Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
  • 4-10-2026, 14:58
    Vətən müharibəsinin xronikası: 4 oktyabr
  • 4-10-2026, 14:54
    Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib
  • 4-10-2026, 14:50
    Bu gün Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:40
    Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
  • 3-10-2026, 12:54
    Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 3-10-2026, 12:52
    Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir
  • 3-10-2026, 12:50
    Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
  • 3-10-2026, 12:46
    3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY
  • 2-10-2026, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • 2-10-2026, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • 2-10-2026, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • 2-10-2026, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • 2-10-2026, 12:30
    "ADEX 2026" davam edir
  • 2-10-2026, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə