Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə talassemiya xəstələrinə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Siyəzən regional idarəsinin hərbi qulluqçuları iştirak ediblər.
Agentlikdən bildirilib ki, keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hematoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunub.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.