Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 7 müxtəlif markalı tüfəng, 1 patron darağı və müxtəlif çaplı 460 patron təhvil alıb.
Həmçinin ötən gün qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 patron aşkar edilərək götürülüb.