Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 müxtəlif kalibrli odlu silah təhvil götürülüb
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.