Azərbaycan “Paris 2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, bu uğura paraüzgüçü Könül Süleymanova imza atıb.
Qeyd edək ki, Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.