AMB: Bugünkü hərracda tələb 68 milyon dolları ötüb
İqtisadiyyat
28-11-2023, 14:46
Noyabrın 28-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 68,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.