• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Siyasət

29-03-2024, 10:38

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.Bəyanatda bildirilir ki, tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar. Bəyanat sənədində daha sonra deyilir:
“Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilmiş və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.
Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı öldürülüb.
Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir.
Qeyd etmək lazımdır ki, 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.
Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşmiş, nəticədə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalıb, həmçinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunub.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, tarixi ədalət bərqərar olub.
Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verilib.
Təəssüf ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.
Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır”.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-02-2024, 21:28

DSX-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Siyasət

26-02-2024, 08:40

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Siyasət

30-11-2023, 12:12

Ombudsman: Azərbaycan ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biridir

Cəmiyyət

21-02-2024, 21:33

Gürcüstanın azərbaycanlı icması Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Cəmiyyət

19-01-2024, 20:15

Səbinə Əliyeva: 20 Yanvar hadisələri insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:06
    Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
  • Сегодня, 12:02
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • Сегодня, 12:00
    Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
  • Сегодня, 11:55
    Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
  • Сегодня, 11:51
    Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
  • Сегодня, 11:48
    Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
  • Сегодня, 11:46
    XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
  • Вчера, 13:25
    Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq
  • Вчера, 13:20
    Vətən müharibəsinin xronikası: 6 oktyabr
  • Вчера, 13:16
    Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
  • Вчера, 13:13
    Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
  • Вчера, 13:09
    Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb
  • Вчера, 13:05
    XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb
  • Вчера, 13:01
    Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK
  • 5-10-2026, 12:53
    Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur
  • 5-10-2026, 12:51
    Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
  • 5-10-2026, 12:48
    Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
  • 5-10-2026, 12:45
    “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
  • 5-10-2026, 12:43
    Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
  • 4-10-2026, 14:58
    Vətən müharibəsinin xronikası: 4 oktyabr
  • 4-10-2026, 14:54
    Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib
  • 4-10-2026, 14:50
    Bu gün Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:40
    Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
  • 3-10-2026, 12:54
    Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 3-10-2026, 12:52
    Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir
  • 3-10-2026, 12:50
    Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
  • 3-10-2026, 12:46
    3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY
  • 2-10-2026, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • 2-10-2026, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • 2-10-2026, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • 2-10-2026, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • 2-10-2026, 12:30
    "ADEX 2026" davam edir
  • 2-10-2026, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə