Bakı, 10 oktyabr.
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 10:00-dan başlayıb və 3 davam edəcək.
İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.
Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 300-dən artıq namizəd imtahanda iştirak edir. Onlardan 70 və daha artıq bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdiriləcək.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.