Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə növbəti zərbə endirib.
Bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Hudeyda əyalətindəki Ras İsa limanının ərazisi hücuma məruz qalıb.
Hücumun nəticələri barədə məlumat verilmir.